Metyu Brayza: “Yalnız beş rayon haqqında müzakirəni faydalı saymıram” - MÜSAHİBƏ
“Biz qaytarılması müzakirə olunan bütün ərazilər və digər məsələlər haqqında danışmalıyıq”
ABŞ Dövlət Katibinin Köməkçisinin Müavini və ATƏT-in Minsk Qrupunun həmsədri Metyu Brayza Azad Azərbaycan Televiziyasına müsahibə verib. Müsahibədə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, Türkiyə-Ermənistan münasibətləri, ABŞ-ın regiondakı fəaliyyəti və başqa məsələlər barədə geniş danışılıb.
- Cənab Brayza, son dövrlər Minsk Qrupu həmsədrlərinin səfərlərinin sayının artması hansı məna daşıyır?
- Düşünürəm ki, biz Minsk Qrupu olaraq, hər zaman fəal olmuşuq və indi də, bizim ölkənin Prezidenti bu regiona ciddi diqqət yetirən bir şəxsdir. Bizim əvvəlki Prezidentimiz də bu regiona böyük diqqət ayırırdı, lakin Prezident Obama açıq şəkildə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin çözülməsi üçün baza prinsipləri üzrə nəticənin əldə olunması naminə tərəfləri bir yerə gətirməkdə əlindən gələni etmək fikrindədir. Və beləliklə, bu Prezident Obamanın yanaşmasının nəticəsidir. Güman edirəm ki, özünüz də bunu görürsünüz.
Son zamanlarda, mən bura tez-tez səfər edirəm. Düşünürəm ki, buraya son beş həftə ərzində dördüncü səfərimdir. Bu da, təkrar söyləyim, bizim Prezidentin və Dövlət Katibinin tərəflərə baza prinsipləri üzrə nəticəyə gəlməyə kömək etməkdə marağından irəli gəlir.
- Türkiyə-Ermənistan münasibətləri Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir edir?
- İlk olaraq, deməliyəm ki, sözsüz bunlar biri-birindən ayrı olan iki prosesdir. Mən bizim hökumət tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək göstərən məsul şəxsəm. İndi isə təbii ki, mən ABŞ-ın Türkiyə və Ermənistanla münasibətləri üzrə müəyyən səlahiyyət sahibiyəm və beləliklə, Türkiyə ilə Ermənistan arasında gedən prosesə də böyük diqqət ayırıram. Lakin bunlar bir-birindən müstəqil proseslərdir. Bununla belə, biz bilirik ki, bunlar biri o birisinə köməkçi olacaq.
Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Dağlıq Qarabağ probleminin həllinə töhfə verəcək. Mən buna inanıram və bu istiqamətdə biz iş aparırıq. Prezidentimiz də bunu həyata keçirməkdə israrlıdır.
Bilirəm ki, Azərbaycanda çoxlarında bunun həqiqətən mümkün olması sual doğurur. Bu mümkündürmü? Tədricən sərhədin açılmasına apara bilən Türkiyə Ermənistan münasibətlərinin düzəlməsi Dağlıq Qarabağ münaqişəsinin həllini əngəlləməz ki? Bizim hökumətin yanaşması ondan ibarətdir ki, münasibətlərin normallaşması prosesi bizə Dağlıq Qarabağ münaqişəsinin həllində kömək edəcək və bundan bir az əvvəl söylədiyim kimi, bizim Prezident baza prinsipləri üzrə razılığın əldə olunması üçün əlindən gələni etməkdə israrlıdır.
- İlk beş (işğal altında olan) rayonun qaytarılması üzrə danışıqlar prosesi fəaldırmı? Yeniliklər nədən ibarətdir?
- Prezidentlərin müzakirə etdikləri məsələlərin təfərrüatlarını açıqlamaq tərəfdarı deyiləm. Deyə biləcəyim isə ondan ibarətdir ki, biz mərhələlərlə tətbiq olunacaq müfəssəl həll yolu haqqında danışıqlar aparırıq. Beləliklə, ərazilərin qaytarılması Dağlıq Qarabağ əhalisinin fiziki və iqtisadi təhlükəsizliyinin təminatını, tranzit yolların açılmasını və siyasi status məsələlərini özündə ehtiva edən balanslaşdırılmış planın tərkib hissəsi kimi bir müddət sonra baş verəcək. Həmin bu səbəbdən, yalnız beş rayon haqqında müzakirəni faydalı saymıram. Biz qaytarılması müzakirə olunan bütün ərazilər və digər məsələlər haqqında danışmalıyıq. Bu suallara cavablar sözügedən danışıqlar nəticəsində tapılacaq.
- İki prezidentin görüşündən nə gözləyirsiniz?
- Ümid edirəm ki, iki prezident mayın əvvəlində, sonra isə ola bilər, iyunda yenidən görüşəcəklər, lakin hələ ki onlar dəqiq tarixi təyin etməyiblər.
Mənim gözləntilərim və yaxud daha dəqiq desək, ümidlərim. Gözləntilərdən bəhs etmək düzgün olmaz. Onlar hər ikisi Prezidentdir və xalqları tərəfindən seçilib. Onlar suveren ölkələrin başçılarıdır və onlardan gözləntilərimin olmasına haqqım yoxdur. Ümid edə bilərəm ki, onlar baza prinsipləri üzrə razılıq əldə etmək üçün bir neçə vacib məsələ üzrə baxışlarını yaxınlaşdıracaqlar. Bir əlin barmaqları ilə sayıla biləsi bu məsələlər üzrə onlar razılıq əldə edəndən sonra, baza prinsipləri kimi tanınan bütöv bir çərçivə sənədinin başa çatdırılmasına doğru bizim daha çevik hərəkət edə biləcəyimizi düşünürəm.
Beləliklə, ümid edirəm ki, sözügedən bu əhəmiyyətli məsələlərin bir neçəsini onlar bu yazda keçirəcəkləri ilk görüşdə razılaşdıracaqlar. Həmçinin, ümidvaram ki, ikinci görüş də baş tutacaq və həll olunmayan digər əsas məqamlar üzrə də tam razılığa gələcəklər. Yay ayları ərzində isə, Minsk Qrupuna həmsədrlik edən ölkələrin rəhbərləri ilə bir yerə gələrək, yəni mənim Prezidentim, Prezident Medvedev və Prezident Sarkozi ilə, Azərbaycan və Ermənistan rəhbərlərinə baza prinsipləri üzrə növbəti iki ayda yekun razılığın əldə olunması üçün müsbət bir təkan verə bilərik. Buna ümid edirəm.
- Deməli, həmsədrlər yeni uğurlar əldə etmək astanasındadır?
- Bəli, mən buna ümid etmək istərdim. Gələn həftə bu gözəl regiona yenidən səfər edəcəyik. Əslində, mən regionu tərk etməyəcəm. Dövlət Katibimiz mənə bütün gücümü və səylərimi Dağlıq Qarabağ münaqişəsinin həll prosesinin tezliklə və mümkün qədər irəli aparılmasına yönəltməyi tapşırıb və bu məsələdə həm özünün, həmçinin də Prezidentimizin dəstək olduğunu bildirib.
Beləliklə, mənim həmkarlarım Səfir Fasye və Səfir Merzlyakov da buna nail olmaqda israrlıdırlar və biz gələn həftə birgə regionda olub, prezidentlərin görüşlərinə hazırlıq aparacağıq. Çünki qərarların verilə biləcəyi yeganə yer prezidentlərin görüşüdür.
- Proseslə əlaqədar Sizin əlavə etmək istədiyiniz söz varmı?
- Əslində var, soruşduğunuza görə minnətdaram. Etiraz etməsəniz, bir-iki söz əlavə etmək istərdim.
Dağlıq Qarabağ münaqişəsi üzrə ABŞ tərəfindən vasitəçi olaraq, mən özümü bu günə qədər olmadığım müsbət bir rolda hiss edirəm. Buna səbəb Prezidentimiz, yəni müsbət dəyişikliklərə inanan və əslində bütün seçki kampaniyasını "müsbət dəyişikliyə inam" şuarı altında keçirən bir şəxsdir ki, o, Qafqazda, və xüsusilə də Dağlıq Qarabağ məsələsində, müsbət dəyişikliyin mümkünlüyünə inanır.
Dəyişiklik hər kəs üçün qorxulu olur. Psixoloji araşdırmaların nəticələrinə baxsanız, görərsiniz ki, insanları ən çox qorxudan bəzi dəyişikliklər olur. Lakin bizim bu gün çox möhtəşəm bir səbəbdən böyük populyarlığa malik Prezidentimiz var. Səbəbi odur ki, o, sülhsevər və vicdanlı insandır və Dağlıq Qarabağ münaqişəsinin həllində indi bizə kömək üçün bütün gücünü istifadə etməyə sadiqdir.
Bunu etmək üçün çətin qərarlar verməyə ehtiyac yaranır ki, bu qərarların da bəziləri hər iki ölkə rəhbərindən cəsarət tələb edir. Sadəcə olaraq, şadam ki, bizim Prezident xüsusilə Prezident Əliyevlə və həmçinin Prezident Sarqsyanla əlaqələri dərinləşdirməyə, Azərbaycanla və həmçinin Ermənistanla əlaqələrimizi genişləndirməyə hazırdır. Bu da, öz növbəsində, iki ölkə prezidentinə və daha vacib olan, hər iki ölkənin xalqına, əminlik verəcək ki, onlar Dağlıq Qarabağ məsələsinin həllində baza prinsipləri üzrə nəticə əldə etməyə imkan verən qərarların qəbulunda bəzi risklər edə bilsinlər.
Minsk Qrupu həmsədri olaraq, mən bu ifadəni bundan əvvəl istifadə edə bilməzdim. İndi isə tam əminliklə deyirəm. Sizə bildirim ki, Dövlət Katibi və Prezidentimiz regionda davamlı sülhün bərqərar olması işində bütün güclərini müsbət dəyişikliklərə imkan yaratmaq üçün yönəltmək istəyirlər.
Ümid edirəm ki, məhz bu məsələni bütün Azərbaycan xalqı müsbət qarşılayacaq, baxmayaraq ki, onlar bu məsələdə müəyyən risklərin mövcudluğunu tam anlayırlar. Risk həmin o dəyişiklikdədir.

972