Azərbaycanlılar Odessanın faşizmdən qurtuluşunu andılar
Aprelin 10-da Ukraynanın Odessa şəhərinin faşist işğalından qurtuluşunun 65 illiyi təntənəli surətdə qeyd olunub. Lent.az-ın Ukraynadakı əməkdaşının verdiyi məlumata görə, gündüz saatlarından qəhrəman şəhər rəhbərliyinin iştirakı ilə 10 aprel meydanında start götürən bayram tədbirləri gecə yarısı şəhərin ən görkəmli məkanlarından olan Dəniz vağzalı istiqamətində həyata keçirilən atəşfəşanlıq və xalq gəzintisi ilə yekunlaşıb.
Qeyd edək ki, Odessanın azadlığı prosesində Azərbaycan xalqının mərd oğulları da iştirak ediblər. Xüsusən azərbaycanlılardan təşkil olunan 77-ci Simferopol atıcı alayının əsgər və zabitləri şəhərin azadlığında rəşadət göstəriblər.
Elə bu səbəbdən də Ukraynadakı Azərbaycan Konqresinin Odessa Vilayət təşkilatı hər il bu günü xüsusilə qeyd edir. Bu il də Ukrayna Azərbaycanlıları Konqresinin Odessa vilayət təşkilatının İcra aparatının rəhbəri Bayram Əliyev və qurumun digər üzvləri şəhərdə təhsil alan azərbaycanlı tələbələrlə birgə 10 aprel meydanındakı abidənin önünə əklil, gül dəstələri qoyublar. Dünyasını dəyişən qəhrəmanların xatirəsi yad olunduqdan sonra hələ sağ olan canlı qəhrəmanlar Azərbaycan Konqresi tərəfindən nahar yeməyinə dəvət olunub. Veteranlara gül dəstələri, müxtəlif hədiyyələr təqdim edilib. Tədbirdə həmçinin veteranlara Azərbaycan diasporunun Odessadakı fəaliyyətini geniş əks etdirən broşürlar paylanıb.
Konqresin şura üzvü Nəzər Hacıyevin maliyyə dəstəyi ilə hazırlanan nəfis tərtibatlı kitabçalarda təkcə müxtəlif tədbirlərin fotosessiyası yer almayıb. Broşürlarda həmçinin ikinci dünya savaşının iştirakçısı olan 5 Azərbaycan diviziyası, azərbaycanlı Sovet İttifaqı qəhrəmanlarımız, 20 şer kitabının müəllifi olan odessalı müharibə veteranı, 77-ci Azərbaycan diviziyasında tibb bacısı kimi çalışmış Elizaveta Romanovna haqqında, eləcə də bu yaxınlarda musiqi festivalının qalibi olmuş Diana Ağayeva, Odessa Vilayəti üzrə rəsm müsabiqəsinin qalibi Liza Tereşenko və Odessada keçirilən milli rəqs müsabiqəsinin qalibləri Xalidə və Cavid Həsənovlar haqqında da məlumatlar yer alıb.
Fotoda:
Soldan saga: Odessa Vilayət qubernatoru Nikolay Serdyuk, Odessa Vilayət şurasının sədri Nikolay Skorik, şəhər merinin birinci müavini Anatoli Voroxayev, Odessa Vilayəti regional təşkilatının şura uzvu Ekaterina Fedirko, Ukrayna Azərbaycan Konqresinin Odessa Vilayət İcra aparatının rəhbəri Bayram Əliyev , Konqresin şura üzvü Nəzər Hacıyev.
Anar Ağayev, Odessa

1269