APA-nın əməkdaşı ABŞ Dövlət Departamentində akkreditə olunub
ABŞ Dövlət Departamentinin Xarici Mətbuat Mərkəzi APA-nın ölkə üzrə müxbirini akkreditasiya edib.
Mərkəzin APA-nın əməkdaşına təqdim etdiyi rəsmi sənədə əsasən, ona Ağ Ev, Dövlət Departamenti, Pentaqon və digər dövlət qurumlarında təşkil olunan brifinqlərində iştirak etmək hüququ verilib.
Qeyd edək ki, APA-nın bürosuna Kaliforniyanın San Xose Universitetinin məzunu Zaur Həsənov rəhbərlik edəcək. APA Azərbaycanın ABŞ Dövlət Departamentində akkreditasiyadan keçmiş ilk özəl media qurumudur.
APA-nın ABŞ bürosunun açılmasına ölkədə fəaliyyət göstərən diplomatik missiyaların rəhbərləri də münasibət bildirib. Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev bunu son dərəcə vacib hadisə adlandırıb: “Sizə uğurlar diləyirəm. Ürəkdən istəyirəm ki, bu büro fəal olsun. ABŞ paytaxtı balaca olmağına baxmayaraq, çox fəal və çox şaxəli fəaliyyəti olan bir şəhərdir. Ona görə də bu işləri vaxtında çatdırmağa çalışmalısınız. Söhbət, ilk növbədə, Ağ Ev Administrasiyası, Konqres, Dövlət Departamenti, Müdafiə Nazirliyindən gedir. Bir məqamı da xüsusi olaraq qeyd etmək istəyirəm ki, indi APA-nın üzərinə böyük vəzifə düşür. Hal-hazırda APA Vaşinqtonda fəaliyyət göstərən yeganə Azərbaycan KİV orqanıdır. Ona görə də gərək işlərinizi şərəflə və böyük məsuliyyətlə həyata keçirəsiniz. Fəaliyyətinizdə uğurlar arzulayıram”.
Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Aqşin Mehdiyev APA-nın Vaşinqtonda bürosunun açılmasının ABŞ haqqında məlumatların yayılmasında mühüm rol oynayacağını bildirib: “APA bundan əvvəl də BMT-də gedən prosesləri, xüsusən ötən il qurumun Baş Assambleyasının 62-ci sessiyasında Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair qətnamələr müzakirə olunarkən mütəmadi olaraq mövzu ilə bağlı ölkə ictimaiyyətini məlumatlandırırdı. Bildiyiniz kimi, bu il Azərbaycan BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyasına daha 4 sənəd təqdim edib. Bu məlumatı da ilk dəfə APA yayıb. Ümid edirəm ki, agentliyin Vaşinqton səhərində bürosunun rəsmi fəaliyyətə başlaması Azərbaycan oxucusunda ABŞ-da baş verən hadisələr haqqında mütəmadi, obyektiv və dolğun məlumatın əldə olunmasına öz töhfəsini verəcək”.
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulu Elin Süleymanov da APA-nın Vaşinqton bürosunun açılmasını pozitiv xəbər kimi qarşılayıb: “Çünki APA Azərbaycanda məşhur və operativ xəbər agentliyidir. Amerika-Azərbaycan əlaqələri nə qədər çox və operativ işıqlandırılsa, bunun ikitərəfli əlaqələrə bir o qədər xeyri olacaq. Bu, APA-nın inkişafının və nüfuzunun artmasının göstəricisidir. Ümid edirəm ki, APA ABŞ-da baş verən hadisələri işıqlandıraraq, bundan sonra Azərbaycanla yanaşı, bütün regionda nüfuzunu daha da artıracaq”.
ABŞ-ın Azərbaycandakı səfirliyi də APA-nın Vaşinqton bürosunun fəaliyyətə başlamasını alqışlayır. Səfirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Terri Devidson bildirib ki, media ABŞ-Azərbaycan əlaqələrinin vacibliyini ictimaiyyətlərə çatdırmaqda mühüm rol oynayır: “ABŞ səfirliyi Vaşinqtonu əhatə edən müxbirlərin olmasını alqışlayır. Biz APA ilə işləyərək xalqlarımız arasında əlaqələrin və anlaşmanın daha da artmasına çalışacağıq”.

686