Qarabağ erməniləri də siyahıya daxil ediləcək
10 aprel 2009 11:00 (UTC +04:00)

Qarabağ erməniləri də siyahıya daxil ediləcək

Onların sayı mexaniki yolla ümumi siyahıya əlavə ediləcək

Aprelin 13-dən ölkə ərazisində başlayacaq siyahıya alınma Dağlıq Qarabağ əhalisini əhatə etməyəcək. Ancaq 1989-cu ildə keçirilən siyahıya alma zamanı qeydə alınan 120 min erməni əsilli Azərbaycan vətəndaşının sayı yenə də mexaniki yolla ümumi siyahıya əlavə ediləcək.

Lent.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev əhalinin siyahıya alınmasına hazırlıq tədbirlərinə dair YAP qərargahında keçirdiyi mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, 1999-cu ildə keçirilən siyahıya almada da bu üsuldan istifadə edilmişdi: “Bizim başqa yolumuz yoxdur. Çünki Dağlıq Qarabağdakı 120 min erməni əsilli vətəndaşlar hüquqi cəhətdən Azərbaycan əhalisi hesab olunur. Ona görə də həmin vətəndaşlar ümumi siyahıya daxil edilməlidir”.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 991

Oxşar yazılar