Türkiyəli tələbə: “Sərhədlər açılsa, Türkiyəyə qayıtmacağam!” - SORĞU
09 aprel 2009 18:00 (UTC +04:00)

Türkiyəli tələbə: “Sərhədlər açılsa, Türkiyəyə qayıtmacağam!” - SORĞU

Türkiyə-Ermənistan sərhədlərinin açılması istiqamətində aparılan danışıqlar Azərbaycan ictimaiyyəti tərəfindən narazılıqla qarşılanıb. Azərbaycanda fəaliyyət göstərən Türkiyə şirkətləri də bu məsələ ilə bağlı öz etirazını bildirir. Lent.az Bakıda təhsil alan türkiyəli tələbələrin bu məsələ ilə bağlı münasibətini öyrənib.

Murat Bayrak:

- Məncə, Türkiyə Ermənistanla sərhədləri açmalı deyil. Çünki bu Türkiyədə yaşayan azərbaycanlılar üçün və Azərbaycanda yaşayan türk vətəndaşları üçün çətinlik törədə bilər. Mən Türkiyyənin vətəndaşı olaraq sərhədlərin açılmasına “yox” deyirəm.

Özgül Yıldız:

- Türkiyə və Ermənistan arasında sərhədlər qətiyyən açılmalı deyil. Keçmişə baxıldığı zaman sərhədlərin açılması yalnış olar. Əgər sərhədlərin açılması fikrini dəstəkləyən türk varsa, mənim fikrimcə, onu türk adlandırmaq olmaz.

Eyyüb Kadar:

- Sərhədlər açılsa, məncə, bu həm Türkiyə həmdə Azərbaycan üçün bir təhlükə yarada bilər, həm də Türkiyə və Azərbaycanın münasibətlərinə son qoyula bilər. Sərhədlərin açılması heç bir halda düzgün olmazdı.

Anonim:

- Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasına Azərbaycan xalqı etirazını bildirir. Türkiyə Azərbaycanın xalqının bu etirazını nəzərə alaraq sərhədlərin açılmasına razılıq verməməlidir.

Anonim:

- Türkiyə ilə Azərbaycan bir millət iki dövlətdir. Əgər sərhədlər açılsa, bu Türkiyənin Azərbaycana qarşı hörmətsizliyi olar. Sərhədlərin açılmasına qərar verilsə, şəxsən mən Türkiyəyə bir daha geri qayıtmayacam.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1037

Oxşar yazılar