“Qarabağ və Respublika Uğrunda Hərəkat” sərhəd məsələsilə bağlı etiraz bəyanatı yayıb
Bu gün “Qarabağ və Respublika Uğrunda Hərəkat”a daxil olan siyasi təşkilatların – ADP, ALP, AXCP, VİP, Ümid və Müsavat partiyalarının liderləri ADP-nin Mərkəzi Qərargahında növbəti toplantısını keçirib. ADP-dən Lent.az-a verilən məlumata görə, toplantıda ölkədə və dünyada baş verən ictimai-siyasi hadisələr geniş müzakirə olunub. Müzakirələrin sonunda son günlər baş verən mühüm ictimai-siyasi hadisələrlə bağlı hərəkatın mövqeyini əks etdirən bir sıra sənədlər qəbul edilib. Hərəkat Türkiyə-Ermənistan sərhədinin açılması ilə bağlı bəyanat yayıb.
Bəyanatda son vaxtlar Dağlıq Qarabağ ətrafında baş verən hadisələrdən narahatçılıq ifadə olunub. Hərəkat bəyan edib ki, Azərbaycanın maraqlarını nəzərə almadan Türkiyənin qeyd-şərtsiz Ermənistanla sərhədlərin açılmasına razılıq verməsi, Türkiyə və Azərbaycana qarşı əsassız iddialarla çıxış edən Ermənistanın mövqeyinin möhkəmləndirilməsinə xidmət etdiyindən arzuolunmazdır. Hərəkata daxil olan siyasi partiyalar həmçinin Türkiyə-Azərbaycan arasında strateji müttəfiqliyi və iki qardaş dövlət arasında münasibətlərinin korlanmasının Cənubi Qafqazda Rusiya və Ermənistanın maraqlarına xidmət edəcəyini nəzərə alaraq, Türkiyə-Ermənistan arasında sərhədlərin qeyd-şərtsiz açılmasını və bu məsələyə görə iki ölkə arasında qarşılıqlı etimadın sarsılmasına xidmət edən hərəkətləri yol verilməz hesab edir.
Hərəkat Azərbaycanda müəyyən dairələrin antitürk əhval-ruhiyyəsinin qızışdırılmasını Dağlıq Qarabağ probleminin həllinə kömək etməməklə yanaşı, Azərbaycan-Türkiyə arasında yeni problemlərin yaradacağını bildirir.
Hərəkata daxil olan siyasi partiyalar Azərbaycan xalqı adından Türkiyənin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində və Dağlıq Qarabağ probleminin həllində uzun illər Azərbaycanla eyni mövqedə durmasından dolayı Türkiyə dövlətinə və xalqına şükranlığını bildirməklə yanaşı, Türkiyə rəsmi dairələrinə, Türkiyə ictimaiyyətinə və Türk xalqına müraciət edərək, Ermənistanla sərhədlərin qeyd-şərtsiz açılmasını həm Türkiyənin həm də Azərbaycanın maraqlarına cavab vermədiyindən bu məsələdə Azərbaycan xalqı ilə həmrəy olmağa və uzlaşdırıcı siyasət yürütməyə çağırdığını bəyan edir.
Pərvin ABBASOV

1002