Gürcü nazir Saatlı rayonunda Ahıska türklərilə görüşəcək
Martın 4-dən 7–dək Gürcüstanın Diasporla İş üzrə Dövlət naziri Yulon Qaqoşidze Azərbaycanda səfərdə olacaq. Yulon Qaqoşidzeni ölkəmizə Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi dəvət edib. Bu barədə Lent.az-a Komitənin mətbuat xidmətindən bildirilib. Səfər zamanı Gürcüstanın dövlət naziri Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanında şəhidlərin məzarlarını ziyarət edəcək. Yulon Qaqoşidzenin Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, eləcə də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, təhsil naziri Misir Mərdanovla görüşləri nəzərdə tutulub.
Dövlət naziri Gürcüstanın Azərbaycandakı Səfirliyində ölkəmizdəki gürcü diasporunun təmsilçiləri, Saatlı rayonunda məskunlaşmış Ahıska türklərinin nümayəndələri, eləcə də Ahıska türklərinin “Vətən” Cəmiyyətinin üzvləri ilə görüşəcək.
Bundan başqa Yulon Qaqoşidzenin Qax, Zaqatala və Balakən rayonlarına səfəri, bu bölgələrdə yerli dövlət orqanlarının və gürcü diasporunun üzvləri ilə görüşləri də planlaşdırılıb.
Pərvin ABBASOV

Oxşar yazılar

Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07