Azərbaycan Milli Hökuməti- 67 - BAXIŞ
12 dekabr 2012 23:45 (UTC +04:00)

Azərbaycan Milli Hökuməti- 67 - BAXIŞ

Güney Azərbaycan milli hərəkatı öz mübarizə tarixində millətimizə önəmli günləri yaşadıb. Babək qalasında epik hüzuru, 2006-cı ilin may olaylarında milyonlarla Azərbaycan türkünün etiraz çıxışları, geniş şəkildə İran hakimiyyətinin Urmiya gölünün quruması ilə bağlı yürütdüyü siyasətə etirazlar, Qaradağ zəlzələsindən zərərçəkənlərə milli həmrəylik dəstəyi, bunlar sadəcə kütləvi etirazların nümunələridir.

Ancaq bu arada 1945-ci il Dekabrın 12-inin (21 Azər 1324-ci il) başqa yeri var.

Güney Azərbaycan Milli Hökumətinin quruluşu, bu diyarda ilk milli dövlətçilik, göstərdi ki, Azərbaycan türk milləti bir demokratik sistem yaratmaqda böyük potensiala malikdir. Azərbaycanın yeni yaranmış dövlətinin bir illik işgüzarlığına baxışda bəlli olur ki, bir milli və demokratik dövlət hətta bir qıssa müddət ərzində öz millətinə böyük xidmət mənbəyi ola bilər.

İş hüququnun yazılması, aztəminatlı işçilərə iş alətlərinin verilməsi, korrupsiya və fəsada qarşı mübarizə, xəstəxanalar və pulsuz klinikaların tikilməsi, yolların təmiri və bərpası, tamaşaxanalar və teatrların qurulması, torpaq islahatı, onun əkinçilər arasında bölünməsi, qadın və kişi hüquqlarının bərabərliyi, bütün insanların siyasi və sosial dəyişikliklərdə səhnədə hüzuru, məktəblərin yaradılması və türk dili Azərbaycanın rəsmi dili olaraq istifadə olunması, Təbriz Universitetinin qurulması, Təbriz radiosunun yaradılması və başqa bu sayaq əməllər həmişə Azərbaycan xalqı üçün ruhlandırıcı amillər olub.

Azərbaycan Milli Hökuməti beynəlxalq konvensiyalara görə millətlərin öz müqəddəratını təyinetməni təsdiqlədi. Qanuni bir hökumət olaraq, azad və ədalətli seçkilər keçirdi. Azərbaycan türklərinin səs çoxluğu ilə bərpa olundu.

Xalq dəstəyi ilə 21 Azərdə İranın keçmiş rejimi Azərbaycanlıların istəklərinə qarşı əyilmək məcburiyyətində qaldı.

İran 23 xordad 1325-ci ildə (1946-cı ilin mayında) bir hüquqi müqavilə imzalayaraq, Güney Azərbaycanın istiqlaliyyətini rəsmi olaraq, tanıdı. Bu sazişə beynəlxalq medialarda geniş əhatə verildi. Hətta bir çox xarici dövlətlər o cümlədən, İngiltərə, ABŞ və o vaxtkı SSRİ tərəfindən qəbul edildi.

Müqavilənin 15-ci maddəsinə əsasən, İran hakimiyyəti təlim və bütün akademik səviyyədə Azərbaycan türkcəsində təhsil almağı qəbul etdi: «Azərbaycan dövlət şurası tərəfindən qubernator və maliyyə nazirinin təklifi, təsdiq edilsin, razılaşdırılsın və Azərbaycanın gəlirlərinin 75 faizi orada öz inkişafına sərf olunsun»...

İran rejiminin öz iç üzünü göstərməsinə 6 ay kifayət etdi...

Ötən illər ərzində Tehranda biri-birini əvəzləmiş hakimiyyətlər Güney Azərbaycan türklərinin milli-demokratik hərəkatını boğmaq, özəlliklə Azərbaycan Milli Hərəkatına qarşı hər bir fürsətdən sui-istifadə etməkdədir.

Azərbaycan Mili Hökumətinin devrilməsi və qan içində boğulması İran dövləti tərəfindən sistematik işğalın nümunəsidir.

Iran dövləti rəsmi və hüquqi müqavilə imzalanmasına baxmayaraq, Azərbaycan milli hökumətin tələblərini yerinə yetirməli idi, Güney Azərbaycana hücum etdi və söylənilənlərə əsasən, 30 mindən çox günahsız insanları qətlə yetirdi.

Onun cinayətləri bununla bitmədi. Onlar Milli Hökumətin bütün izlərini itirməyə çalışdı. Təbriz Universitetinin, opera binasının dağıdılması, çeşidli türk şəhərlərində minlərcə türk dilində kitabların yandırılması və s. olayları da bura əlavə etmək olar.

Irandakı indiki hakimiyyətdə də özündən əvvəlkilər kimik Güney Azərbaycanın işğalına, yeraltı-yerüstü sərvətlərini talan etməsi və ana dilində təhsil almağa qarşı çıxaraq, bir növ irqçi siyasəti yürütməkdədir.

Sadəcə ötən 4 ildə Güney Azərbaycanın siyasi fəallarının başına gələnlər, onlara verilən işgəncələr, qətllər bu faciənin dərinliyini və genişliyini göstərir. Onlardan bəzilərini yada salaq – 10 nəfər şübhəli şəkildə öldü, 30 nəfər magistratura təhsilindən məhrum edildi, 18 universitetdən qovulma faktı, 1082 tutulma, üstü-üstə 524 il müddəti nə azadlıqdan məhrum edilmə cəzası.

1946-cı il dekabrın 11-ində, İranın Güney Azərbaycana hücumu, dekabrın 16-da Azərbaycan türkcəsində olan kitabların, musiqi alətlərinin yandırılması mədəni soyqırımın aşkar nümunələrindəndir.

Hər bir xalq öz müqəddəratını təyin etmək hüququna malikdir. Bu baxımdan Güney Azərbaycanın işğal olunmuş əraziləri də öz qanuni hüququna malik olmalıdır. Bir torpağın ərazisini qəsb etməklə minlərlə soyqırım, son yüz ilə yaxın bir müddətdə İrandakı bütün hakimiyyətlər Güney Azərbaycan türkünün milli-mədəni haqlarını danmış, bu azmış kimi bu kimi dəyərlərin daşıyıcılarına çeşidli təzyiqlər edib. Bu proses indi də davam etməkdədir.

Belə vəziyyət uzun müddət davam edərsə, Güney Azərbaycan türklərinin mili dəyərləri sıradan çıxa, bütün sərvətləri talana, insanları isə ölkədən mühacirət edə bilər.

Azərbaycan Milli Hökuməti 1946-cı ildə BMT-yə milli müqəddəratın təyini ilə bağlı müraciət etmişdi. Ancaq bu sənədi həmin qurumda xatırlamırlar da. Ona görə də beynəlxalq konvensiyalara uyğun olaraq, Güney Azərbaycanın öz müqəddəratını təyinetmə hüququnun rəsmi olaraq, tanınmasını, bununla 35 milyonluq bir toplumun dünya ictimaiyyəti sırasında öz layiqli yerini tutmasını istəyirik.

Azərbaycan Öyrənci Hərəkatı- Əsgər Murjed
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1596

Oxşar yazılar