Türkmənistanda həbsdə olan 4 azərbaycanlı əfv edilib
Əfv olunanlar qanunsuz balıq ovunda ittiham olunaraq saxlanan “Uran” gəmisinin heyət üzvləridir.
Türkmənistan prezidenti Qurbanqulu Berdımühəmmədov “Uran” gəmisində həbs edilmiş dörd azərbaycanlını əfv edib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin APA-ya verdiyi məlumata görə, Türkmənistan XİN bununla bağlı Azərbaycanın Aşqabaddakı səfirliyinə müvafiq nota təqdim edib.
Əfv olunan Azərbaycan vətəndaşları Ağacanov Nizami İsmayıl oğlu, Əliyev Kənan Əliheydər oğlu, Nağıyev Kamran Ayaz oğlu və Nağıyev İsrafil Məmmədhüseyn oğludur.
Xatırladaq ki, heyətində 4 Azərbaycan vətəndaşı olan “Uran” gəmisi oktyabrın 21-də balıq ovlayan zaman Türkmənistan sərhədçiləri tərəfindən saxlanıb. Azərbaycan XİN vətəndaşlarımızın azad edilməsi tələbi ilə Türkmənistana nota göndərib.

2053