Azərbaycana gələnlərə elektron vizaların verilməsinə başlanılır
Azərbaycan prezidenti İlham Əliyev respublikaya gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında sərəncam imzalayıb.
APA-nın xəbərinə görə, Nazirlər Kabinetinə on gün müddətində 2012-ci il 12 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”ndan Azərbaycana gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi zamanı əl-barmaq izlərinin alınmasını nəzərdə tutan müddəaları çıxarmaq və bu barədə Prezidentə məlumat vermək tapşırılıb.
Xarici İşlər Nazirliyinə isə ölkəyə gələn turistlərə elektron vizaların verilməsi üçün elektron ərizə formasının, tələb olunan digər sənədlərin siyahısının, habelə viza rəsmiləşdirilməsi ilə əlaqədar zəruri məlumatların on gün müddətində Azərbaycanın xarici ölkələrdəki bütün səfirlikləri və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etmək tapşırılıb.
Həmçinin xarici ölkələrdəki səfirliklər və konsulluqların viza rəsmiləşdirilməsi ilə bilavasitə məşğul olan əməkdaşları üçün elektron vizaların verilməsi ilə bağlı treninqlər keçiriləcək. XİN və MTN Azərbaycanın xarici ölkələrdəki səfirlikləri və konsulluqları tərəfindən turistlərə elektron vizaların verilməsi işini qısa müddət ərzində təşkil edəcək.
Prezident Administrasiyasına bu sərəncamın icrasına ciddi nəzarət həyata keçirmək tapşırılıb.

Oxşar yazılar

İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13
Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29