Ermənilər QDİƏT PA-nın Bakıda keçirilən iclasına qatılmayıblar
Ermənistan nümayəndə heyəti Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının Bakıda keçirilən 40-cı iclasına qatılmayıb. APA-nın məlumatına görə, Ermənistan parlamentinin üzvü, bu ölkənin QDİƏT PA-da nümayəndə heyətinin rəhbəri Qaqik Minasyan açıqlamasında bildirib ki, iclasda iştirak etmək niyyətində olublar. Noyabrın 20-də QDİƏT-in sədri, Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədova Ermənistan nümayəndə heyətinin təhlükəsizliyinin təmin olunması ilə bağlı məktub göndərilib, lakin cavab gəlməyib. “Cavab gəlmədiyinə görə Azərbaycana getməyiniz mümkün olmadı”, - deyə Q. Minasyan bildirib.
Azərbaycan Milli Məclisinin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu isə APA-ya deyib ki, erməni nümayəndə heyətinə hələ avqust ayında tədbirə dəvət məktubu göndərilib: “Məktub göndəriləndə bütün ölkələrin təhlükəsizliyinin təmin olunacağı qeyd edilir. Ermənistan üçün əlavə məktub göndərməyə ehtiyac yoxdur”.
Azərbaycanın QDİƏT-dəki nümayəndə heyətinin rəhbəri Asəf Hacıyev də APA-ya bildirib ki, bu, Ermənistan tərəfinin növbəti oyunudur. A. Hacıyev də qeyd edib ki, hələ avqust ayında dəvət məktubu göndərilib, məktubda da bildirilib ki, təhlükəsizliyin təmin olunmasında heç bir problem yoxdur: “Mən QDİƏT-in may ayında İrəvanda keçirilən iclasında iştirak etmişdim. Mənə də heç bir təminat məktubu göndərilməmişdi. Onlar gəlmək istəmirlər, bunun üçün də yalan danışırlar. Ermənistan parlamentinin spikeri də yalan danışır. Əvvəl deyirdilər ki, tədbirə dəvət məktubu gəlməyib, halbuki qeyd etdiyim kimi, məktub hələ avqustda göndərilmişdi. Sonra isə məktubu aldıqlarını bildirdilər”.
A. Hacıyevin sözlərinə görə, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Azərbaycanda keçirilən tədbirində xarici ölkələrdən 200-ə yaxın siyasi partiya, o cümlədən Ermənistanın “İrs” partiyasının sədri Raffi Ovannesyan da iştirak edib. Ona da heç bir yazılı təminat verilməyib: “İştirak üçün heç bir məktub lazım deyil. Azərbaycan stabil ölkədir, buraya gələn heç bir xarici vətəndaşın təhlükəsizliyinə təminat verməyə gərək yoxdur”.

1121