Azərbaycan prezidenti Bakının avtomobil yolları ilə tanış olub
Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, nəqliyyat naziri Ziya Məmmədov Zabrat-Maştağa-Buzovna və Zabrat-Pirşağı avtomobil yollarında görülmüş əsaslı təmir və yenidənqurma işlərindən sonra texniki göstəricilər barədə prezident İlham Əliyevə məlumat verib.
Bildirilib ki, Sabunçu yol qovşağından Zabrat dairəsinə qədər olan avtomobil yolunun yenidən qurulması Bakı şəhərinin Sabunçu, Balaxanı, Zabrat, Maştağa, Kürdəxanı, Pirşağı və Məhəmmədli qəsəbələrinin nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasına, şəhərin mərkəzinə gələn nəqliyyat vasitələrinin normal gediş-gəlişinə şərait yaradacaq. Qeyd olunub ki, 2012-ci ilin martında yolda kommunikasiya, su, kanalizasiya və digər xətlərin çəkilişinə başlanıldığından yol nəqliyyatın hərəkəti üçün yararsız vəziyyətə düşüb və əsaslı təmirə zərurət yaranıb. Burada yolun genişləndirilməsi ilə bağlı bütün lazımi tədbirlər görülüb. Uzunluğu 7 kilometrə yaxın olan yolun hərəkət hissəsinin eni 23 metr, hərəkət zolaqlarının sayı 6-dır.
Sabunçu yol qovşağından Zabrat dairəsinə qədər olan avtomobil yolunun yenidən qurulması və genişləndirilməsi işlərinə 2012-ci ilin iyununda başlanılıb və yenidənqurma işləri bu ilin sentyabrında başa çatıb. Bilgəh, Buzovna, Maştağa, Nardaran, Kürdəxanı və Abşeron yarımadasının şimal hissəsində yerləşən digər kənd və qəsəbələrin Bakı şəhəri və respublikanın digər rayonları ilə nəqliyyat əlaqələrinin daha da yaxşılaşdırılması, həmçinin Buzovna-Mərdəkan-Hava Limanı-Bakı istiqamətindəki mövcud yola alternativ yol kimi 15 kilometrlik və 6 cərgəlik Buzovna-Zabrat yolunun yenidən qurulması da nəzərdə tutulur. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən icrasına başlanılmış 9 kilometrlik Pirşağı-Zabrat yolunun yenidən qurulması isə yarımadanın şimal hissəsində yerləşən və 200 mindən çox əhalisi olan kənd və qəsəbələrin nəqliyyat əlaqəsini daha da yaxşılaşdıracaq.
Görülən işlərlə yaxından tanış olan dövlət başçısı müvafiq tapşırıqlarını verib.

Oxşar yazılar

"Qərbi Azərbaycan İcması fəaliyyətini davam etdirəcək" - Əziz Ələkbərli
16 avqust 2025 , 13:47
Prezident: Azərbaycan AZAL-ın təyyarəsinə qəsdən hücum olduğunu düşünmür
14 avqust 2025 , 23:55
Kəlbəcərin işğalı nəticəsində məcburi köçkün düşmüş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
14 avqust 2025 , 21:30ABŞ və Rusiya liderlərinin tarixi görüşləri - II Dünya Müharibəsindən bu günə nələr dəyişdi?
14 avqust 2025 , 20:15
Bəxtiyar Paşa Ordu Komandanı TƏYİN OLUNDU
14 avqust 2025 , 10:57
Tramp Vaşinqton görüşündən video paylaşdı - VİDEO
12 avqust 2025 , 22:31
Azərbaycan DİN MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirakdan imtina edib
12 avqust 2025 , 18:30