Prezident İlham Əliyev Türkiyə səfirinin etimadnaməsini qəbul edib
Diplomat ölkələrimiz arasında ikitərəfli əlaqələrin böyük inkişaf yoluna qədəm qoyduğu bir dövrdə Azərbaycana səfir təyin olunmasından məmnunluğunu bildirib.
İsmail Alper Coşkun Azərbaycandakı diplomatik fəaliyyəti müddətində ikitərəfli münasibətlərin daha da genişləndirilməsi ilə bağlı səylərini əsirgəməyəcəyini deyib. Bu yaxınlarda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasının uğurla keçdiyini və yüksək nəticələr əldə edildiyini diqqətə çatdıran dövlət başçısı əlaqələrin qarşıdakı illərdə daha da genişlənəcəyinə əminliyini vurğulayıb.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycanla Türkiyə dünya miqyasında ən sıx əlaqələri olan ölkələrdir. Əməkdaşlığın bütün sahələrdə dinamik şəkildə inkişaf etdiyini deyən ölkə başçısı Azərbaycan-Türkiyə əməkdaşlığının həm region, həm də regiondan kənarda böyük önəm daşıdığını qeyd edib.

Oxşar yazılar

"Rusiyadan məsuliyyəti üzərinə götürməsini gözləyirik" - Hikmət Hacıyev
26 iyul 2025 , 15:35
"ATƏT-in Minsk qrupu tarixin arxivinə göndərilməlidir" - Prezidentin köməkçisi
26 iyul 2025 , 15:00
"Qarabağdan erməniləri biz çıxarmamışıq, öz qərarlarıdır" - Hikmət Hacıyev
26 iyul 2025 , 14:33
Ermənistan Azərbaycana 150 milyard dollara yaxın ziyan vurub
26 iyul 2025 , 13:50
"USAID heç vaxt Cənubi Qafqazda humanitar fəaliyyətlə məşğul olmayıb" - Hikmət Hacıyev
26 iyul 2025 , 13:16
Ermənistanın hücumları nəticəsində əsirlikdə və girovluqda olmuş zərərçəkmişlər ifadə verdilər -FOTO
25 iyul 2025 , 20:22
Lukaşenkodan məmurlara ÇAĞIRIŞ: “Məni qəzəbləndirməyin!”
25 iyul 2025 , 10:37