Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bu günə olan mövzusu gecələr kabus görməyin səbəblər ilə bağlıdır.
Kabus görməyimizin səbəbi nədir?
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, psixoloq Tatyana Şanturun dediyinə görə, gecə kabusları insanın basdırdığı aqressiya ilə bağlı ola bilər.
O, eləcə də kabusların depressiya ilə əlaqəli olduğunu bildirib. Yuxuda baş verənlərə işdə, evdə toksiki atmosfer, neqativ emosional həyəcan təsir edir:
"Əgər insanın hər gün yaşadığı həyat, getdiyi iş xoşuna gəlmirsə, Belə olduqda o daimi xroniki stress altında olur. Nevroz, təşviş pozuntusu xoşagəlməz yuxular görməyə səbəb olur. Bu təbii prosesdir. Adətən bu insanlar aqressiya və stresin səbəbini araşdırıb, ləğv etdikdə, kabus da yoxa çıxır.
Ailədə münaqişələr, pis münasibət, narazılıq da yuxuları qorxulu edir. Uşaqlarda imtahan öncəsi və məktəbdəki vəziyyətlə bağlı kabuslar olur. Yataq otağındakı boğuq və isti hava da yuxuda kabus görməyə təkan verir. Bu insanlar öz hiss-həyəcanlarını bölüşməli, yatanda sakitləşdirici ətirlər qoymalı, yumşaq odeyal, yorğan, döşəkdə yatmalı, yumşaq predmet qucaqlamalıdır".