COVID-in yeni ştammı ildırım sürəti ilə yayılır, lakin onu əvvəlkilərdən daha təhlükəli hesab etmək hələ tezdir.
Koronavirusun yeni XEC ştammı Avropada sürətlə yayılır və ekspertlər onun bu qışda dominant variant olacağını proqnozlaşdırırlar.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, həkimlər eni infeksiyanın əsas əlamətini açıqlayıblar.
İngilis həkim Helen Uoll virusun bu variantının əsas əlamətinin həddindən artıq yorğunluq olduğunu söyləyib. Xəstələr artıq xəstəliyin ilkin mərhələlərində "qırılmış" hiss edə bilərlər.
"Ola bilsin ki, biz COVID-19-un yeni variantının fəaliyyətdə olduğunu görürük. O, hazırda qızdırma, öskürək, bədən ağrıları və baş ağrıları kimi tipik əlamətləri ilə əvvəlki ştamlardan daha çox qripə bənzəyir", - həkim Uol bildirib.
"Əvvəllər əsas əlamətlər öskürək və soyuqdəymə idi, lakin XEC sizi sözün əsl mənasında ayağınızdan yıxır", - o əlavə edib.
XEC ştammı virusun iki mövcud ştammının birləşməsindən əmələ gələn rekombinant variantdır. Bu, bir insanın eyni vaxtda hər iki ştamla yoluxduğu zaman baş verir. XEC ilk dəfə 2021-ci ildə Cənubi Afrikada qeydə alınan Omicron ştammı ilə genetik əlaqəli olan KP.3.3 və KC.1.1 birləşməsindən ibarətdir. Omicron yüksək yoluxucu idi, lakin SARS-CoV-2-nin əvvəlki versiyalarından daha az ağır olub.
Kimlərə peyvəndlənmək tövsiyə olunur?
COVID-19-a qarşı peyvənd almaq üçün aşağıdakı qruplara tövsiyə olunur:
• hamilə qadınlar;
• 60 yaşdan yuxarı şəxslər;
• zəifləmiş immun sistemi və ya xroniki xəstəlikləri olan böyüklər və uşaqlar;
• ağır yoluxma riski yüksək olan şəxslər;
• yoluxma riski yüksək olan peşələrin nümayəndələri (həkimlər, müəllimlər, hərbçilər və s.).