Xorultudan qurtulmağın   sadə yolları AÇIQLANDI
28 mart 2023 19:27 (UTC +04:00)

Xorultudan qurtulmağın sadə yolları AÇIQLANDI

Britaniyalı cərrah Karana Raca xorultudan xilas olmaq üçün sadə üsullar təklif edib. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, həkim izah deyib ki, xoruldama yuxu zamanı rahatlaşan dil, boğaz və tənəffüs yollarının titrəməsi nəticəsində baş verir. Bədənin bu hissələrinin əzələlərini gücləndirmək üçün gimnastika xoruldama ilə mübarizədə kömək edir.

Raca dili çıxartmağı və beş saniyə bu vəziyyətdə dondurmağı tövsiyə edib. Ən yaxşı nəticə üçün üzünüzün qabağına bir qaşıq qoyub dilinizi üzərinə basa bilərsiniz.

Başqa bir sadə məşq dili sağdan sola hərəkət etdirməkdir. Qırtlağın əzələlərini gücləndirmək üçün Raca ağzınızı açmağı, dili damağa basmağı və beş saniyə ərzində bu vəziyyətdə dondurmağı təklif edib. Hər məşq üç-dörd dəfə aparılmalıdır.


 

# 2316
avatar

Oxşar yazılar