Uzunmüddətli hıçqırıq ağır xəstəliklərin xəbərçisi ola bilər
10 oktyabr 2022 10:09 (UTC +04:00)

Uzunmüddətli hıçqırıq ağır xəstəliklərin xəbərçisi ola bilər

İnsan nə üçün hıçqırır? O bəzən saatlarla , bəzən günlərlə davam edə bilir. Ən uzun hıçqırıq rekordu amerikalı Çarlz Osborna məxsusdur. Onun 1922-ci ildə başlayan hıçqırıqları 1990-cı ildə bitib, yəni 68 il davam edib.

Lent.az xarici mediaya istinadən hıçqırıq barədə maraqlı məlumatları təqdim edir. Hıçqırıq diafraqmada, ağciyərləriniz və mədəniz arasındakı günbəz şəkilli əzələdə başlayır. O adətən diafraqmaya bağlı sinirlərin zədələnməsi və ya ağırlaşması nəticəsində yaranır. Qulaq pərdəsinə toxunan tükdən tutmuş boğaz ağrısına qədər hər şey bu sinirlərə təsir edə bilər.
Çox miqdarda və ya çox sürətli yemək, əsəbi və ya həyəcanlı hiss, qazlı içkilər, həddindən artıq spirt içmək, stress və temperaturun qəfil dəyişməsi hıçqırığa səbəb olur.

Müəyyən bir müddət davam edən hıçqırıqlar, ensefalit və ya meningit kimi mərkəzi sinir sistemi pozğunluqları, diabet və ya böyrək çatışmazlığı kimi metabolik pozğunluqlar zamanı da hıçqırıq baş verir.
Hıçqırıq uzun müddət davam edirsə, xroniki xəstəliklərin əlaməti ola bilər. Əgər tez bir zamanda keçirsə, burada problem yoxdur. Əgər davam edirsə bu şəkərli diabet, böyrək xəstəliyi, alkoqolizm və hətta digər ağır xəstəliklərin əlaməti kimi qəbul edilə bilər.

Bəzən adi hıçqırıq xərçəng xəstəliyindən də xəbər vermiş olur.

Qısa müddətli hıçqırığı keçirmək üçün müxtəlif üsullar var. Buzlu su ilə qarqara etmək, suyu fasilə ilə içmək hıçqırığı aradan qaldıra bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2295
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar