Üz yoqasının möcüzəvi faydaları - MÜTƏXƏSSİS DANIŞDI
27 fevral 2023 17:00 (UTC +04:00)

Üz yoqasının möcüzəvi faydaları - MÜTƏXƏSSİS DANIŞDI

ABŞ-ın Şimal-Qərb Universiteti tərəfindən aparılan araşdırmalar göstərir ki, gündəlik 30 dəqiqəlik üz yoqa məşqləri 8 həftənin sonunda yanaq və üz əzələlərini gücləndirərək üzə daha gənc və möhkəm görünüş verir. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, üz yoqa təlimçisi Aysun Köse Somuncuoğlu üz yoqasının dərinin elastikliyini artırdığını və qırışların aradan qaldırılmasına dəstək verdiyini bildirib. 

Onun sözlərin görə, bu yoqa məşqləri üzü daha təravətli edir:

“Daha hamar, canlı və gənc bir üz əldə etmək üçün estetik etdirməyə ehtiyac yoxdur. Daimi üz yoqa məşqləri dəriyə parıltı verir, stress, narahatlıq və nizamsız yuxu problemlərinin aradan qaldırılmasında dəstəkləyici rol oynayır. Bu yoqanı 18 yaşdan yuxarı olan insanlar edə bilər”. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1719
avatar

Arzu Qurbanlı

Oxşar yazılar