Ümumdünya Səhiyyə Təşkilatı ÜST payız-qış aylarında omikron ştammından qorunmaq üçün koronavirusa qarşı peyvənd olunanların sayını artırmağa və ictimai yerlərdə maska taxmağa çağırıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, təşkilatın Avropa Bürosu koronavirusla bağlı vəziyyətin ölkədən-ölkəyə fərqli olduğunu qeyd edib.
Eyni zamanda, peyvəndlərin sayının artırılması, immuniteti zəif olan şəxslərə və onların beş yaşdan yuxarı uşaqlarına ikinci gücləndirici dozanın verilməsi və xüsusi risk qruplarına peyvənddən sonra ən azı üç ay sonra ikinci gücləndirici dozanın təklif edilməsi imkanını nəzərə almağı tövsiyə edib.
Bundan əlavə, qapalı yerlərdə və ictimai nəqliyyatda maska taxmaq, insanların sıx toplaşdığı yerlərdə havalandırmanın təmin edilməsi məsləhət görülüb.
Şiddətli xəstəlik riski olanlar üçün “ciddi terapevtik protokollardan” istifadə etməyin də vacib olduğu bildirilib.