Uşaqlar üçün qızdırmasalıcı dərmanlardan necə istifadə olunmalıdır? - CAVAB
14 fevral 2023 12:12 (UTC +04:00)

Uşaqlar üçün qızdırmasalıcı dərmanlardan necə istifadə olunmalıdır? - CAVAB

Lent.az-ın “Bir sual bir cavab” rubrikasında növbəti mövzu uşaqlar üçün qızdırma salıcı dərmanların istifadəsi ilə bağlıdır.

Uşağın hərarəti yüksələndə valideynlər qorxuya düşür və qızdırma salan dərmanlar verməyə tələsirlər.

Maraqlıdır, görəsən, qızdırmasalıcı dərmanlar necə istifadə olunmalıdır?

Lent.az xəbər verir ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mütəxəssis eksperti Anar Tağıyev bildirib ki, hərarəti zorla salmaq xəstəliyin gedişini dayandırmır, eyni zamanda müxtəlif ağırlaşmalara gətirib çıxarır. 

Onun sözlərinə görə, hərarəti salmaq üçün bütün dünyada əsasən Asetaminofen (Parasetamol) tərkibli dərmandan istifadə edilir:

"Qeyd edim ki, temperatur orqanizmin qoruyucu funksiyasıdır və orqanizm virus və ya digər mikroorqanizmlərlə mübarizə etmək üçün 38 dərəcəyə yaxın temperaturda daha aktiv mübarizə aparır. Xüsusi hallarda (febril qıcolma, ürək-tənəffüs çatışmazlığı, bəzi ürək xəstəlikləri) hərarəti salmaq lazım gəlir. Qalan bütün hallarda hərarət 38 dərəcədən yuxarı olarsa, o zaman müdaxilə etmək lazımdır. Əgər hərarət düşmürsə, mexaniki üsullardan istifadə etmək olar. Bunun üçün ilıq duş (soyuq olmaz) almaq, iri damarlar olan nahiyələrə çox da soyuq olmayan tək qatlı isladılmış bintlərin qoyulması kimi üsullardan istifadə etmək lazımdır. Parasetamol uşaqlarda hər kiloqram çəkiyə 10-15 mq, yüksək temperatur davam edərsə 4-5 saat aralıqlarla verilməlidir. Əks halda qaraciyərdə funksiya pozğunluğuna, mədənin selikli qişasında qanamaya səbəb olub, vəziyyəti daha da ağırlaşdıra bilər".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2103
avatar

Arzu Qurbanlı

Oxşar yazılar