Tər qoxusunun qarşısını necə almaq olar?
16 fevral 2023 14:46 (UTC +04:00)

Tər qoxusunun qarşısını necə almaq olar?

Tərləmə bədən istiliyini tənzimləməyə kömək edən təbii bir proses kimi tanınır. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bədəninizin çox tərləməməsinin və tər qoxusunun qarşısını almaq üçün müxtəlif üsullar var. 

Tər əslində qoxusuzdur. Qoxuya səbəb olan şey bədəndə çoxalmış bakteriyalardır.

Maraqlıdır, görəsən tərləməmək və tər qoxusunun gəlməməsi üçün nə etmək lazımdır?

1. Tər iyi gəlməmək üçün şəxsi gigiyenaya diqqət yetirmək lazımdır. Bunun üçün mütəmadi olaraq duş qəbul etməlisiniz.

Duş qəbul edərkən mütləq sabundan istifadə etməlisiniz. Sabundan istifadə etmək istəmirsinizsə, xiyar, Aloe Vera və çay ağacı yağı kimi təbii məhsullar da tər qoxusundan xilas olmağa kömək edə bilər. 

2. Qoltuq altının soda ilə təmizlənməsi tər qoxusunun qarşısını ala bilər.

Duş qəbul etdikdən sonra qoltuqaltına az miqdarda soda sürtsəniz tər problemi aradan qalxacaq. Lakin diqqət etməli olduğunuz bir məqam var. 

3. İçməli su çox qısa müddətdə bədəninizdə yığılan toksinlərdən xilas olmağa kömək edir. Hər gün 8-10 stəkan su içməklə tər qoxusuna səbəb olan bütün bakteriyaların bədəndən xaric olmasını təmin edə bilərsiniz. İçməli su həmçinin bağırsaqları işlədir və bədəninizdə bakteriyaların əmələ gəlməsinin qarşısını alır.

4. Kokos yağı tər qoxusunu aradan qaldırmaqda təsirli olan təbii yağlardan biridir.

Duş qəbul etdikdən sonra qoltuq altına kokos yağı çəkin. Koko yağı bədəndə xoş bir qoxu buraxaraq tərləmənizin qarşısını alır.

Kokos yağının müntəzəm istifadəsi qoltuq altının qaralmasının da qarşısını alır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2865
avatar

Arzu Qurbanlı

Oxşar yazılar