Təkbaşına içki içənlər  daha çox alkoqolik  olur
16 iyul 2022 13:28 (UTC +04:00)

Təkbaşına içki içənlər daha çox alkoqolik olur

Yeniyetməlik dövründə təkbaşına spirtli içki qəbul etmək gələcəkdə asılılığın yaranma ehtimalını 35 faiz artırır.

Lent.az xəbər verir ki, bu Karnegi Mellon Universitetinin alimlərinin araşdırmaları nəticəsində  məlum olub. 

Məlumata görə, 23 və 35 yaşlı gənclər üçün bu göstərici 60 faiz təşkil edir.

Mütəxəssislər 17 il ərzində 4,5 min amerikalı arasında eksperiment keçirib. Məlum olub ki, yeniyetmələrin təxminən 25 və gənclərin 40 faizi spirtli içkiləri təkbaşına içir. 

Bu vərdiş ən çox yeniyetmə qızlar arasında yayılıb. 

Qeyd edək ki, alkoqol asılılığı həyatın erkən mərhələlərində ölüm və əlilliyə səbəb olur. 

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il 3 milyon insan spirtli içki asılılığı səbəbi ilə ölür. Bu da dünya üzrə ölümlərin 5,3 faizini təşkil edir. Ölənlərin təxminən 13,5 faizi 20-39 yaşlı insanlardır. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2604
avatar

Sevinc Fərid

Oxşar yazılar