Stres və narahatlıq xroniki xəstəlikləri artırır
23 fevral 2024 02:33 (UTC +04:00)

Stres və narahatlıq xroniki xəstəlikləri artırır

Müasir həyatda müəyyən səbəblərdən yaranan stress və narahatlıq xroniki xəstəlikləri artırır.

Lent.az tanınmış mütəxəssis Kürşat Gürsoyun mövzu ilə bağlı məlumatlarını təqdim edir.

Qidalanma, yuxu, oturaq həyat tərzi və zehni narahatlığın sağlamlığa böyük təsirləri var. Bütün bunların gen mutasiyasının varlığında həll yolları mövcuddur. Qidalanma, vitamin balansı və psixologiyaya diqqət yetirməklə bu problemlərin aradan qaldırılması mümkündür. Mütəxəssislər müasir həyatın gətirdiyi stress, narahatlıq və xroniki xəstəliklərin artmasını həyəcanla müşahidə edirlər. Tibb və psixologiya sahəsində bu, mühüm bir mövzudur. Alimlər bu mövzuda yeni inkişafları dəyərləndirir. Onlar bir çox yeni inkişafla psixologiya elminə əhəmiyyətli töhfələr verirlər. Gen analizi bunlardan biridir. Bu mövzuda xüsusilə qeyd olunmalıdır ki, Mthfr geninin analizinin ümumi vəziyyəti və onun təsirlərinin gözardı edilməməsi lazımdır. Mthfr gen mutasiyası barədə heç bir məlumat olmadığı təqdirdə psixiatrik dərmanlar kimi yanlış müalicələr istifadə olunur.

Həkim Kelly Brogan “A Mind of It Own kitabında bildirir ki, bu mutasiyalar düşündüyümüz qədər nadir deyil: “Pasiyentlərimdə bu gen üçün səkkiz illik müntəzəm testlər zamanı dəyişkənliyi olmayan cəmi beş xəstəm var idi. Yaxşı xəbər budur ki, Mthfr gen mutasiyasına sahib olsanız belə, buna dözmək üçün bir həll yolu var. Amma insanlar bu barədə məlumatsız olduqda çox sayda həkimlərə müraciət etmək məcburiyyətində qalırlar, nəticədə isə psixiatrik dərmanlar almağa və onları qəbul etməyə məcbur olurlar. Bu, mənfi təsirlərini zamanla göstərir, vaxt keçdikcə isə insan buna öyrəşir. Bir çox şey artıq nəzarətsiz hal alır. Qanda baş verən reaksiyalar nəticəsində bədəndə anormal vəziyyət baş verir.

“Genetikdir” demək - xəstəliyin həll yolu demək deyil. Mthfr gen mutasiyası müxtəlif vitaminlərin çevrilməsinə təsir edir, bu vəziyyət qidalanma və vitamin balansında əhəmiyyətlidir. Həkim nəzarətində maqnezium, B6, D3K2 və omeqa3 kimi qida maddələrinə qarşı laqeydlik olmamalıdır. Əgər Mthfr gen mutasiyası varsa, bu, vitamin B12 və vitamin Folate çevirəcək fermentlərin çatışmazlığı deməkdir. Tərkibində bütün bu vitaminlər olan qidaları nə qədər yesək də sistem normal işləmir. Bunun üçün təcrübəli həkimlərə müraciət etmək, müsbət nəticələr əldə etmək mümkündür.

# 2610
avatar

Oxşar yazılar