Soyuq havada infarktların sayı niyə artır? – KARDİOLOQ DANIŞDI
17 fevral 2023 16:30 (UTC +04:00)

Soyuq havada infarktların sayı niyə artır? – KARDİOLOQ DANIŞDI

Ürək-damar xəstəliklərindən ölüm halları bu gün xərçəng xəstəliklərindən daha çoxdur. Araşdırmalara görə, ürək-damar xəstəlikləri qadınlara nisbətən kişilərdə daha çox olur.

Maraqlıdır, görəsən infarkt əsasən hansı yaşda olan insanlarda müşahidə edilir?

Məsələ ilə bağlı həkim-kardioloq Famil Qaflanov Lent.az-a açıqlamasında bildirib ki, infarktın yaşla birbaşa əlaqəsi var. 

Onun sözlərinə görə, çünki insan yaşa dolduqca damarlar öz elastikliyini itirir:

“Soyuq aylarda damar daha da elastikliyini itirdiyinə görə, insanın infarkt olma riski daha da artır. Təbii ki, 50 yaşın üzərində olan insanlarda infarkt riski dah çoxdur. Qadınlarda estrogen hormonunun ürək-damar xəstəliklərinə qoruyucu təsiri var. Elə bu səbəbdən qadınlarda infarkt riski əsasən menopoz dövründən sonra başlayır. Estrogen hormonunun burada rolu böyükdür. Çünki estrogen qadınların qoruyucu hormonudur”.

Famil Qaflanov sözlərinə davam edərək bildirib ki, infarktdan qorunmaq üçün siqaret çəkməməli və çəkənlərin yanında dayanmamalıyıq:

“Çünki bu zaman siz passiv nikotin istifadəçisi olursunuz. Yüksək təzyiqiniz varsa, buna ciddi yanaşılmalı və daim nəzarətdə saxlanılmalıdır. Tərkibi yağ, şəkər, duz və xolesterin ilə zəngin olan qidaları qəbul etməyin. Mütəmadi olaraq idman etmək və çəkini normada saxlamaq lazımdır. Bundan əlavə həmçinin yuxu rejimini diqqətdə saxlamaq, bir sutkada 7 saat yatmaq lazımdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3327
avatar

Arzu Qurbanlı

Oxşar yazılar