Liflə zəngin olan şirin kartof həm bağırsaqları tənzimləyir, həm də sağlamlıq üçün inanılmaz faydaları var.
Lent.az-ın məlumatına görə, şirin kartof çox yönlü bir qidadır və yüksək qida dəyərinə malikdir.
Şirin kartofun tərkibində manqan, A və C vitaminləri var. Bu xüsusiyyətləri ilə sağlamlıq üçün çox faydalıdır.
Müntəzəm istehlak edildikdə immunitet sistemini gücləndirir və orqanizmin müqavimətini artırır. Bundan əlavə, şirin kartof bol lif xüsusiyyəti sayəsində maddələr mübadiləsini idarə edir və arıqlama proseslərini asanlaşdırır.
Şirin kartof arıqlamağı asanlaşdıran aşağı kalorili qidadır. Şirin kartof istehlak edərək gündəlik kalori qəbulunuzu məhdudlaşdıra bilərsiniz.
Bu tərəvəz həm aşağı kalorili, həm də qidalı olduğu üçün çox faydalıdır. Hər 100 qramında yalnız 86 kalori, bir porsiyada isə adətən 100 kalori var. 100 qram soyulmuş kartofun hər porsiyasında 110 kalori var.
Şirin kartofda çoxlu lif var. Lifli qida olduğu üçün toxluq hissi verir və çox yeməyə ehtiyac qalmır. Zəngin lif mənbəyi olan şirin kartof həzm sisteminin nizamlı işləməsinə də kömək edir. Bağırsaqları aktivləşdirir.
Bundan əlavə, onlar yağ molekullarını tutduqları üçün yağın udulmasının qarşısını alır. Şirin kartof yavaşlayan maddələr mübadiləsini aktivləşdirir. Bu şəkildə yağ yandırılmasını dəstəkləyir.
Şirin kartof bağırsaq dostudur. Həzm probleminiz varsa, şirin kartof istehlak edərək bu problemi həll edə bilərsiniz.
Şirin kartofun tərkibindəki lif və antioksidantlar bağırsaq sağlamlığı üçün son dərəcə faydalıdır. Bu tərəvəzlərdə həll olunan və həll olunmayan iki növ lif var. Bədən hər iki növ lifi həzm edə bilmir. Beləliklə, lif həzm sistemində qalır və bağırsaq sağlamlığını dəstəkləməyə kömək edir.
Şirin kartof içərisində çoxlu miqdarda su saxlayır. Bu xüsusiyyəti ilə arıqlama proseslərində kömək edir. Şirin kartofdan kifayət qədər su almaq hüceyrələrə maye axınını sürətləndirir.
Bu vəziyyətdə maddələr mübadiləsi başlayır və bədən yağ yandırır.
Şirin kartofun narıncı rəngi tərkibindəki antioksidanlarla bağlıdır. Tərkibində çoxlu antioksidantlar var.
Bunlar bədəni zərərli sərbəst radikallardan qoruyur. Şirin kartofu istehlak edərək, bədəninizin stress səviyyəsini azalda bilərsiniz. Bu, arıqlamağınızı asanlaşdırır.