Siqaret çəkənlərə XƏBƏRDARLIQ:  Yaddaşınız pozulacaq
24 dekabr 2022 09:09 (UTC +04:00)

Siqaret çəkənlərə XƏBƏRDARLIQ: Yaddaşınız pozulacaq

Ohayo Dövlət Universitetinin alimləri siqaret çəkənlərdə yaddaş itkisi və çaşqınlıqda özünü göstərən koqnitiv geriləmə proqnozlaşdırıblar.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər ümumilikdə 45 yaş və daha yuxarı yaşda olan 136 000 "çox uzun müddət əvvəl siqaret çəkən", "siqareti bu yaxınlarda buraxan" və ya "hələ də siqaret çəkən" insanların günlük yaşayışını öyrəniblər.

Onlar siqaret və koqnitiv tənəzzül arasındakı əlaqə ilə maraqlanmaq üçün iştirakçılardan yaddaş pozğunluğu və ya zehni aydınlıq haqqında sualların daxil olduğu öz-özünə sorğu formalarını doldurmağı xahiş ediblər.

İştirakçıların təxminən 11 faizi subyektiv koqnitiv geriləmə olduğunu bildirib. Nəticədə siqaret çəkənlər arasında bu pozğunluqların yayılması sağlam insanlardan iki dəfə çox olub. On ildən az əvvəl siqareti tərgidənlər arasında nevroloji problemlərin tezliyi siqaret çəkməyənlərlə müqayisədə 1,5 dəfə çox olub.

Ən bariz korrelyasiya 45-59 yaş qrupunda müşahidə olunub. Tədqiqatçılar hesab edirlər ki, həyatın bu mərhələsində siqareti tərgitmək təkcə ürək-damar və tənəffüs xəstəliklərindən qoruya bilməz, həm də koqnitiv sağlamlığı inkişaf etdirə bilər. Eyni zamanda, tədqiqatın ən yaşlı qrupunda oxşar nəticələr qeydə alınmayıb. Tədqiqatçılar hesab edirlər ki, yalnız siqareti erkən buraxmaq ən böyük fayda gətirə bilər.

Təhlillər nəticəsində məlum olub ki, sorğudan on ildən çox əvvəl siqareti tərgitmiş insanlar siqaret çəkməyənlərə nisbətən subyektiv koqnitiv geriləmənin yalnız bir qədər yüksək yayılmasına malikdirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1845
avatar

Fidan İlqar

Oxşar yazılar