Şəkər xəstələrinə  ŞAD XƏBƏR:   Azərbaycanda dərman istehsal edildi
11 yanvar 2022 19:01 (UTC +04:00)

Şəkər xəstələrinə ŞAD XƏBƏR: Azərbaycanda dərman istehsal edildi

Pirallahı Sənaye Parkının rezidenti “R-Pharm” şirkəti tərəfindən Azərbaycanda ilk dəfə olaraq şəkərli diabetin fəsadlarının profilaktikası üçün nəzərdə tutulan Diabeton® MR (qliklazid) preparatının istehsalına başlanılıb.

İqtisadiyyat Nazirliyindən Lent.az-a verilən məlumata görə, artıq şirkət tərəfindən 200 min qutu dərman istehsal edilib və paylanma üçün aidiyyəti yerlərə göndərilib.

Bu ilin I rübünün sonunadək müəssisədə daha 300 min qutu Diabeton® MR preparatının istehsalı planlaşdırılır.

Qeyd edək ki, sözügedən dərmanın istehsalı “R-Pharm” ilə Fransanın beynəlxalq əczaçılıq qrupu olan “Servier” şirkəti arasında imzalanmış tərəfdaşlıq sazişi çərçivəsində həyata keçirilir. Beşillik müqavilənin şərtlərinə əsasən, müəssisədə qeyd edilən dərman preparatının ildə təxminən 1 milyon qutu həcmində istehsalı nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5883
avatar

Oxşar yazılar