"Quran"  boşanan qadınlara   3 ay ərzində ərə getməyi qadağan edir - SƏBƏBİ
30 mart 2023 19:28 (UTC +04:00)

"Quran" boşanan qadınlara 3 ay ərzində ərə getməyi qadağan edir - SƏBƏBİ

İslam şəriətinə görə boşanan qadınlar yenidən ərə getmək üçün ən azı 3-4 ay gözləməlidirlər. Kişi boşandıqdan dərhal sonra, hətta boşanmadan bir neçə dəfə evlənə bildiyi halda, qadınlara bu qadağan nə üçün qoyulub?

Lent.az-ın məlumatına görə, amerikalı alimlərin apardıqları elmi araşdırmalarla bu sualın cavabı verilib.

Əvvəllər  alimlər belə hesab edirdilər ki, "Quran"dakı bu qadağa qadının hamilə olmaq ehtimalına qarşı qoyulub. Yəni 3-4 ay keçmədən qadının hamiləliyi dəqiq bilinməz, uşağın atasının kim olduğu məlum olmazdı.

Kaliforniya Universitetinin professoru, yəhudi əsilli embrioloq Rob Gilton bildirib ki, qadınların immun sistemində irsi yaddaşı olan hüceyrələr var. 

Qadın bədəninə daxil olmuş spermatozoidlər kişinin genetik kodlarının daşıyıcılarıdır və qadın kişi ilə cinsi əlaqədə olduqdan sonra, qadının irsi yaddaş hüceyrələri kişinin irsi xüsusiyyətlərini 3-4 ay qoruyub saxlayır.

Bu hüceyrələr qadının bətnində öz xüsusiyyətlərini daha aktiv qoruyub saxlayırlar. Həmin müddətdə qadın başqa bir kişi ilə cinsi əlaqəyə girərsə, bu qadının immun sistemində problemə və xərçəng hüceyrələrinin inkişafına səbəb ola bilər.

Araşdırmalar çoxlu sayda kişi ilə cinsi əlaqədə olmuş qadınlarda sinə və yumurtalıq xərçənginin daha çox yaranmasının səbəbini bununla izah edir.

Bundan əlavə, qadın həmin müddətdə başqa kişidən hamilə qalarsa, övladı əvvəlki kişinin genetik kodlarını daşıya bilər.

# 2532
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

Xərçəng riskini necə azaltmaq olar?

Xərçəng riskini necə azaltmaq olar?

3 iyun 2023 , 13:37
Keçəlləşmənin   qarşısını necə almaq olar?

Keçəlləşmənin qarşısını necə almaq olar?

3 iyun 2023 , 12:50
Qadın sağlamlığı üçün  ən faydalı mineral

Qadın sağlamlığı üçün ən faydalı mineral

3 iyun 2023 , 11:22
Kişilərin belini örtən YENİ ŞALVAR

Kişilərin belini örtən YENİ ŞALVAR

3 iyun 2023 , 01:24
Ölüm ayağında olan xərçəng xəstəsi  möcüzə nəticəsində sağaldı

Ölüm ayağında olan xərçəng xəstəsi möcüzə nəticəsində sağaldı

2 iyun 2023 , 19:11
Bu cür pendirləri yeməyin,  yoxsa...

Bu cür pendirləri yeməyin, yoxsa...

2 iyun 2023 , 17:38
Ayaqların ağrıması  bu xəstəliyin   XƏBƏRÇİSİDİR

Ayaqların ağrıması bu xəstəliyin XƏBƏRÇİSİDİR

2 iyun 2023 , 17:18
Azərbaycanda COVID-dən  ölən var   - SON STATİSTİKA

Azərbaycanda COVID-dən ölən var - SON STATİSTİKA

2 iyun 2023 , 17:03