Qəhvənin gözlənilməz təhlükəsi  AÇIQLANDI
23 yanvar 2022 19:18 (UTC +04:00)

Qəhvənin gözlənilməz təhlükəsi AÇIQLANDI

Alkoqol, şəkərli içkilər və qəhvədən sui-istifadə beyin zədələnməsinə və koqnitiv pozğunluğa səbəb ola bilər.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu xəbərdarlığı ABŞ-dan olan dietoloqlar ediblər.

“Böyük miqdarda spirt beyin neyronlarını tez bir zamanda öldürür, buna görə də müntəzəm içmək ona ciddi zərər verə bilər”, - mütəxəssislər xəbərdarlıq edirlər.

Qəhvədən sui-istifadə etməmək son dərəcə vacibdir. Kiçik miqdarda qəhvə koqnitiv funksiyalara müsbət təsir göstərir, lakin onun həddindən artıq istehlakı diametrik olaraq əks təsirə səbəb olur və gündə altı stəkandan çox bu içki beyin kiçilməsinə və demensiyanın inkişafına səbəb ola bilər.

Şəkəri yüksək olan içkilər də beyin fəaliyyətinə mənfi təsir göstərə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2913
avatar

Oxşar yazılar