Qəhvədən maksimum fayda əldə edə biləcəyiniz 2 SAAT
29 may 2025 12:06 (UTC +04:00)

Qəhvədən maksimum fayda əldə edə biləcəyiniz 2 SAAT

Çoxları üçün qəhvə səhər rituallarının əsas hissəsidir. Tədqiqatlar isə göstərir ki, bu içki yalnız oyanmaq üçün deyil, sağlamlıq üçün də bir sıra faydalar verir. Bununla yanaşı, Today.com yazır ki, son dövrlərdə qəhvənin faydasını artırmaq üçün onun içilmə vaxtının olduqca əhəmiyyətli olduğu sübut edilib.

Lent.az bununla bağlı maraqlı məlumatları sizə təqdim edir:

Bəs qəhvəni nə vaxt içmək ən yaxşısıdır?

Mütəxəssislər bildirir ki, adi iş saatlarında çalışan orta statistik insan üçün qəhvə içmək üçün ən ideal zaman səhərin ortalarıdır.

“Qəhvənin ən uyğun içilmə vaxtı səhərin ortası və ya sonudur – adətən saat 09:30-dan 11:30-a qədər”. O əlavə edir ki, qəhvəni yuxudan təxminən 1-3 saat sonra içmək daha məqsədəuyğundur.

Səhər qəhvəsinin üstünlükləri

Kofein sinir sisteminin stimulyatorudur, orqanizmdə və beyində prosesləri sürətləndirir. Qəhvəni saat 09:30–11:30 aralığında içmək sizi enerji ilə təmin edə və səhər yuxusunu aradan qaldıra bilər. Qidalanma üzrə mütəxəssis Culiya Zumpano bildirir ki, kofein günün əvvəlində idrak funksiyalarını yaxşılaşdırır və idman öncəsi performansı artırır. Həmçinin, kofein beyində dopamin adlı xoşbəxtlik və motivasiya ilə əlaqəli neyromediatoru stimullaşdıraraq əhvalı yüksəldə bilər.

Ürək sağlamlığı
European Heart Journal-da yayımlanan bir araşdırmada, 1999–2018-ci illər ərzində ABŞ-da 42 min yetkinin qəhvə içmə vaxtları və ölüm riski arasındakı əlaqə öyrənilib. Araşdırma göstərdi ki, səhər 4-dən günorta 12-yə qədər kofeinli və ya kofeinsiz qəhvə içənlər:

qəhvə içməyənlərlə müqayisədə ümumi ölüm riskini 16%,

ürək xəstəliklərindən ölüm riskini isə 31% azaldırlar.

Qəhvəni gün boyu içənlərdə bu faydalar müşahidə olunmayıb.

Kortizol səviyyəsi

Mütəxəssislər qeyd edir ki, səhər 09:30–11:30 aralığında və ya oyandıqdan 1–3 saat sonra qəhvə içmək kortizol səviyyəsi üçün də faydalıdır. Kortizol stres hormonu oyandıqda yüksəlir və bizi ayıq saxlayır.

“Kortizol pik səviyyəyə oyandıqdan 30–60 dəqiqə sonra çatır və sonra tədricən azalır. Qəhvə bu azalma dövründə içilərsə, təsiri daha uyğun olur”.

İltihab

Yeni tədqiqatlar göstərir ki, bədəndəki bəzi iltihabi markerlər sirkadiyal ritmlərə uyğundur, yəni səhərlər daha yüksək səviyyədə olurlar.

“Bu səbəbdən, qəhvənin iltihabəleyhinə təsiri səhərlər daha güclü ola bilər”.

“Səhərlər, sirkadiyal ritmlərə görə, antioksidantların mənimsənilməsi daha yaxşı olur”.

Yuxu pozğunluğu

Qəhvədəki kofein stimulyatordur və yatmağa mane ola bilər. Bədən kofeinin yarısını təmizləmək üçün təxminən 5–6 saata ehtiyac duyur. Bu isə o deməkdir ki, içdikdən bir neçə saat sonra belə, kofeinin yarısı hələ də bədəndə qalır.

Oyandıqdan sonra nə qədər gözləmək lazımdır?

Mütəxəssislər tövsiyə edirlər ki, qəhvəni oyandıqdan azı 1 saat sonra için.

“Əgər siz qəhvəni oyanan kimi içirsinizsə, bu, bədəndə onsuz da yüksək olan kortizol səviyyəsinə kofein əlavə edir və bu da narahatlıq hissini artıra bilər. Ən yaxşısı qəhvəni səhər yeməyi ilə birlikdə və ya sonra içməkdir. Qəhvəni yeməklə birlikdə içsəniz, həm təbii kortizol, həm yemək enerji verir, həm də əlavə kofein təsiri olur”.

Bəs qəhvəni nə vaxt içmək artıq gecdir?

Yatmazdan 6–8 saat əvvəl qəhvədən imtina etmək tövsiyə olunur. Əgər siz saat 22:00-da yatmağı planlaşdırırsınızsa, 14:00-dan sonra qəhvə içməyin. Alternativ olaraq günün sonuna doğru kofeinsiz içkilər içmək daha yaxşıdır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 890

Oxşar yazılar