Bir çox insanlar üçün qəhvə səhər oyanmağın və gün ərzində yuxuya getməməyin yeganə yoludur.
Lent.az-ın məlumatına görə, qəhvənin tez-tez içilməsi aritmiyalı insanlara tövsiyə edilmir.
Mütəxəssislər bu içkinin uşaqlar, hamilə qadınlar üçün təhlükəli ola biləcəyini iddia edirlər.
Qəhvəmim tərkibindəki böyük miqdarda kofein ürək döyüntüsünün artmasına da səbəb olur.
Mütəxəssislərin fikrincə, 50 yaşdan yuxarı insanlarda tez-tez qəhvə istehlakı osteoporoz riskini artırır:
“Kofein isə müəyyən dərmanların, məsələn, diabetin müalicəsində istifadə olunan dərmanların udulmasına mane ola bilər”.