Avstriya Federal Sağlamlıq Təhlükəsizliyi Ofisi, ölümdən bir müddət əvvəl Amerika-Almaniya əczaçılıq ittifaqının “Pfizer / BioNtech” peyvəndi vurulandan sonra 41 nəfərin öldüyünü bildirib.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu ölümlərin birbaşa peyvəndlə bağlı olub-olmadığı müəyyənləşdirilməyib.
Üç xəstədən yarılma nəticəsində ölüm və peyvənd arasındakı əlaqə istisna edilib. Peyvəndlənənlərin 11 nəfəri koronavirusa yoluxanlardır. 19 nəfərin isə ciddi xəstəlikləri olub.