İsrailin “Şiba” tibb mərkəzi peyvəndlərin COVİD-19-un “omikron” ştamına qarşı effektivliyi ilə bağlı araşdırma aparıb.
Lent.az-ın xəbərinə görə, tədqiqatda 274 nəfər iştirak edib. Alimlər “Pfizer” və “Moderna” vaksinlərinin 4-cü dozasının digər ştamlarla müqayisədə “omikron”a qarşı təsirinin yetərli olmadığını müəyyən ediblər. Bildirilir ki, sözügedən peyvəndlərin 4-cü dozasından sonra orqanizmdə əkscisimlərin həcminin artmasına baxmayaraq, “omikron”a yoluxmaların sayında azalma müşahidə edilmir.