"Omicron"un ən çox yayılan əlaməti  AÇIQLANDI
23 yanvar 2022 17:33 (UTC +04:00)

"Omicron"un ən çox yayılan əlaməti AÇIQLANDI

Koronavirusun “Omicron” ştammının ən çox yayılan əlaməti açıqlanıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, məlumatı Çikaqo Xalq Sağlamlığı Departamentinin komissarı Ellison Arvadi paylaşıb.

Onun sözlərinə görə, boğaz ağrısı müsbət COVID-19 testi almadan əvvəl yeni bir infeksiya növünə yoluxmanı göstərə bilər.

Həkim, hər hansı bir qrip və ya soyuqdəymə əlamətləri olan insanları "əksi sübut olunana qədər" koronavirusa yoluxduqlarını düşünməyə çağırıb.

Əvvəllər həkimlər deyirdilər ki, “Omicron”u digər ştamlardan ayırmaq üçün heç bir spesifik əlamət yoxdur.

Mütəxəssislərin fikrincə, bu, mülayim soyuqdəymədir, ilk növbədə zəiflik, titrəmə, qızdırma hissidir. Həmçinin ishal, əzələ ağrısı, öskürək, burun axması, burun tutulması da ola bilər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4587
avatar

Oxşar yazılar