Dünyada “Omicron” ştammından ilk ölüm qeydə alınıb.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, İngiltərədə xəstəxanada müalicə aldığı iddia edilən bir xəstənin bu ştamdan öldüyü açıqlanıb.
Qeyd edək ki, koronavirusun “Omicron” variantı sürətlə yayılmağa başlayıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Cənubi Afrikada aşkarlanan bu ştammın artıq 63 ölkədə qeydə alındığını bildirib.