Dünyanın bir çox ölkəsi misli görünməmiş sürətlə yayılan və 2022-ci ilin ilk ayında bir çox insanın gündəlik həyatını dəyişə biləcək COVID-19 dalğasının ortasında yeni ilə qədəm qoyub.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, mütəxəssislər həmçinin vurğulayılar ki, "Omicron" indi "hiper yoluxucu virus"dur və maskalardan istifadəyə biganə yanaşılmamalıdır.
Həkim Jonathan Reiner bildirib ki, virus indi 'fövqəladə yoluxucu'dur və köhnə tədbirlər artıq çox yaxşı işə yaramaya ləməyə bilər: “Bu pandemiyanın başlanğıcında hamımızdan 1,5 metr məsafədə dayanmaq istənilirdi, lakin bu qaydalar artıq tətbiq edilmir. Virus artıq hiperinfeksiyaya çevrilib”.
“Maskanızı çıxarmayın”
Reiner vurğulayıb ki, kiminsə maskasını endirməsi, yaxud kiminsə az əvvəl öskürdüyü liftə girmək də daxil olmaqla tez və qısa bir qarşılaşma belə infeksiyaya səbəb ola bilər.