“Konyunktivit (gözün selikli qişasının iltihabı) də koronavirusun "Omicron" ştammına yoluxmaya işarə ola bilər”.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə britaniyalı mütəxəssis Nina Aslam xəbərdarlıq edib.
Həkim bildirib ki, yoluxanların bəzilərində gözün selikli qişasının iltihabı kimi qeyri-adi bir əlamətlər müşahidə edilir. Belə bir əlamət xəstəlikdən asimptomatik formada əziyyət çəkən xəstələrdə daha çox qeydə alınır:
“Bu, gözlərdə mövcud olan çox sayda reseptor ilə izah edilə bilər. Bu hüceyrələr sayəsində koronavirus orqanizmə daxil ola bilir”.
N.Aslam əlavə edib ki, "Omicron"a yoluxanların yalnız yarısında hərarət, öskürək, qoxu, iybilmə itkisi və s. əlamətlər meydana gəlir.
Qeyd edək ki, daha əvvəl rusiyalı həkim Andrey Kabıçkin bel ağrısının "Omicron" ştammına yoluxma əlamətlərindən biri ola biləcəyini bildirmişdi.