Omicron ştamının uşaqlar üçün  TƏHLÜKƏSİ
09 yanvar 2022 22:19 (UTC +04:00)

Omicron ştamının uşaqlar üçün TƏHLÜKƏSİ

“Omicron ştamı tənəffüs yollarının xüsusiyyətlərinə görə uşaqlar üçün daha təhlükəli ola bilər”.

Lent.az-ın məlumatına görə, bu barədə İANS portalı Hindistanın Yeni Dehli Tibb İnstitutunun həkimi Animeş Aryaya istinadən xəbər dərc edib.

Hindistanlı mütəxəssisin sözlərinə görə, uşaqların böyüklərdən daha kiçik tənəffüs yolları var və bu yeni variant əsasən yoluxmuş xəstələrdə yuxarı tənəffüs yollarına təsir göstərir. 

Həkim Omicronun simptomlarından da danışıb. Animeş Arya əlavə edib ki, bu ştamın simptomları arasında boğaz ağrısı, yüngül qızdırma və yorğunluq da müşahidə edilir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3195
avatar

Oxşar yazılar