Mütəxəssislər noxudun insan orqanizminə olan faydalarını açıqlayıblar.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssslərin fikrincə, noxudun tərkibindəki yüksək miqdarda protein və lif qanda şəkəri sürətlə aşağı salır.
Belə ki, noxudun tərkibindəki lif bədən tərəfindən karbohidratların mənimsənilməsini yavaşladır. Həkimlər insanların mütəmadi olaraq noxud istehlak etmələrini tövsiyə edirlər.
Bununla altı həftə ərzində qanda şəkər səviyyəsini əhəmiyyətli dərəcədə azaltmaq olar.