Məşhur dərmanın koronavirusa qarşı gücsüz olduğu üzə çıxdı
14 fevral 2021 19:39 (UTC +04:00)

Məşhur dərmanın koronavirusa qarşı gücsüz olduğu üzə çıxdı

Tədqiqat zamanı dünyanın bir qrup elm adamı, hidroksixlorokin dərmanının COVID-19 xəstəliyinə qarşı təsirsiz olduğunu üzə çıxarıb.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, məlum olub ki, xüsusiyyətlərinə görə hidroksixlorokin xəstəliyin şiddətlənməsinə və koronavirus infeksiyasından ölüm dərəcəsinə təsir edə bilməz.

Qrupun tərkibinə Çin, Braziliya, İspaniya, Tayvan, Böyük Britaniya, Şimali Amerika, eləcə də Misir və İrandan olan alimlər daxil idi.

COVID-19 üçün bir dərman olaraq hidroksiklorokin və xlorokin üzərində ümumilikdə 14 tədqiqat analiz edilib.

Ekspertlər bu tədqiqatların bəzilərinin dərmanı istehsal edən əczaçılıq şirkətləri tərəfindən maliyyələşdirildiyini aşkar ediblər.

Analizin nəticələrinə əsasən, SARS-CoV-2 koronavirus infeksiyasının müalicəsində hidroksixlorokin və xlorokinin istifadəsinin əsassız olduğu açıqlanıb.

Tədqiqatçılar, bu dərmanların xəstələri daha yaxşı hiss etmədiyini və ya bir tənəffüs cihazına bağlanması lazım olan xəstələrin sayını azaltmadığını iddia edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3048
avatar

Oxşar yazılar