Mədə xərçənginin əsas səbəbi MƏLUM OLDU
01 aprel 2024 17:16 (UTC +04:00)

Mədə xərçənginin əsas səbəbi MƏLUM OLDU

Alimlər mədə xərçənginin səbəbini aşkar ediblər.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Sinqapurun Nanyang Texnoloji Universiteti və Çin Honq Konq Universitetinin alimləri mədə xərçənginin potensial səbəbini üzə çıxaran əhəmiyyətli bir kəşf ediblər. Məlum olub ki, zahirən zərərsiz görünən Streptococcus anginosus bakteriyası həkimlərə məlum olan “H.pylori” ilə qarşılıqlı əlaqəyə girərək orqanizmdə ciddi və geri dönməz dəyişikliklərə səbəb ola bilər.

Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, “S.anginosus” “H.pylori” ilə birlikdə xərçəngə səbəb olan zəncirvari reaksiyaya başlaya bilər. Tədqiqatçılar aşkar ediblər ki, bakteriyadakı spesifik zülal onun mədə hüceyrələrinə yapışmasına kömək edir, MAPK fermentini aktivləşdirir və bu da öz növbəsində anormal hüceyrə artımını və xərçəng dəyişikliklərinin inkişafını stimullaşdırır.

Beləliklə, bu tədqiqat mikrobioma və onun insan sağlamlığına təsiri ilə bağlı davamlı tədqiqatların vacibliyini, həmçinin mədə xərçəngi və bakterial infeksiya ilə əlaqəli digər xəstəliklərin müalicəsi üçün yeni yanaşmaların tapılmasının vacibliyini vurğulayır.

# 2586
avatar

Arzu Qurbanlı

Oxşar yazılar