Professor-immunoloq, biokimya müəllimi Lyuk O'Nil koronavirus infeksiyasının “Omicron” ştammının variantının yeni əlamətini adlandırıb.
Lent.az bildirir ki, bu barədə “The Sun” məlumat yayıb.
“BA.5 üçün əlavə əlamət gecə tərləmələridir. O qədər güclü ola bilər ki, həm pijama, həm də yataq dəsti islanar”, - o qeyd edib.
Onun sözlərinə görə, bu əlamət həm böyüklərdə, həm də uşaqlarda özünü göstərə bilər. O, bunun temperaturun yüksəlməsi ilə bağlı olmadığını vurğulayıb.
“Yeni əlamət immunitet sistemi ilə qarşılaşan yeni bir virusun nəticəsidir. Nəticədə sizdə xəstəliyin yeni variantları yaranır”, - professor deyib.