Fransanın BioSerenity şirkətinin mütəxəssisləri koronavirusu məhv edən qoruyucu maska hazırlayıblar.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, şirkətin baş direktoru Mark Fruen deyib ki, bu maska "virusları bloklamaq" xüsusiyyətinə malikdir.
Maska biri antibakterial və antiviral xüsusiyyətlərə malik olan 4 təbəqədən ibarətdir. Maska bir dəfər istifadə üçündür və 4 saatdan çox taxmamaq tövsiyə olunur.
Maskanın qiyməti 1,49 avrodur. Fevralın 16-dan Fransada satışa çıxarılıb.