Dünya koronavirus pandemiyasından normal həyata 7 il sonra qayıdacaq. . Dünya əhalisinin 75 faizini peyvəndləmək və pandemiya məhdudiyyətlərini tamamilə aradan qaldırmaq və ya əhəmiyyətli dərəcədə zəiflətmək tam olaraq nə qədər vaxt aparacaq.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu qənaətə “Blooberg”in analitikləri gəliblər.
Dünyada ən yüksək peyvəndləmə nisbətinə sahib olan İsrail, yalnız iki aya 75 faizə çatacaq. ABŞ bu göstəriciyə 2022-ci ildə nail olacaq. Kanadanın 75 faizlik peyvəndləməyə çatması üçün 10 ildən çox lazımdır.
Eyni zamanda, analitiklər bu şərtlərin müəyyən bir ölkədə olan peyvəndləmə nisbətindən asılı olduğunu qeyd edirlər.
Çox güman ki, agentliyin qeyd etdiyi kimi, yeni peyvəndlər mövcud olduqda və ölkələr əhalini peyvəndləməyə başladıqda sürət artacaq. Bəzi ölkələr Hindistan və Meksika kimi yeni kütləvi peyvəndləməyə başlayıblar.
İndi ölkələrin yalnız üçdə biri peyvənd kampaniyasına başlayıb.