Koronavirusa qarşı ömürlük təsirli olan  peyvənd hazırlanır
01 yanvar 2022 15:32 (UTC +04:00)

Koronavirusa qarşı ömürlük təsirli olan peyvənd hazırlanır

Professor Mitinori Koharanın rəhbərlik etdiyi Tokio Tibb Elmləri İnstitutunun mütəxəssisləri ömürlük immunitet verən koronavirusa qarşı peyvəndin yaradılması üzərində işləyirlər.

Lent.az xarici mediaya istinadla bildirir ki, XVIII əsrdə ingilis həkimi Edvard Cenner tərəfindən hazırlanmış çiçək xəstəliyinə qarşı peyvənd əsas götürülüb. Onun sayəsində ölümcül xəstəliyə qalib gəlmək mümkün olub. Yapon alimlərinin məqsədi SARS-CoV-2 virusunun sünbül zülalını ehtiva edən rekombinant peyvənd virusu yaratmaqdır.

Koharanın sözlərinə görə, ospovaksin virusunun vektorundan istifadə edilən preparatlar "ən güclüdürlər”. Onun fikrincə, bu növ peyvəndin yan təsirləri azdır, eyni zamanda xüsusi daşınma və saxlama üsullarına ehtiyac yoxdur. Bundan əlavə, ömür boyu effektivliyə malik peyvəndin yaradılması dünyaya COVID-19 ilə mübarizədə üstünlük verə bilər.

Peyvəndin 2023-cü ilk yarısında sınaqdan keçirilməsi planlaşdırılır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3486
avatar

Oxşar yazılar