Yeni koronavirus növünün mənşəyini araşdıran elm adamları, Taylandın şərqində yaşayan yarasalarda COVID-19-a səbəb olan Sars-CoV-2 virusuna 90 faizdan çox oxşar fərqli bir virus növü aşkar ediblər.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, tədqiqatçılar, "RacCS203" adlandırdıqları virus da daxil olmaqla, yeni koronavirus növü ilə əlaqəli virusların bir çox Asiya ölkəsindəki yarasalarda olduğunu söyləyiblər. Son xəbərlərə görə, koronavirus mənbəyi olduğu düşünülən ərazini 4800 kvadrat kilometrə qədər genişləndirib.
Sinqapur Universitetinin professoru Lin-Fa Vanqın rəhbərlik etdiyi beynəlxalq bir qrup, yeni koronavirus növünə səbəb olan Sars-CoV-2 ilə əlaqəli bir çox virus növünün Asiyanın müxtəlif bölgələrində dolaşdığını açıqlayıb. Alimlər, Taylandın şərqindəki bir vəhşi təbiət ziyarətgahında at nalı yarasalarında COVID-19-a səbəb olan virusa böyük genetik oxşarlığı olan bir virus aşkar ediblər.
Əvvəlki tədqiqatlarda koronavirusun insanlara keçməmişdən əvvəl yarasadan əmələ gəldiyi ehtimal olunurdu. Ancaq virusun mənşəyi hələ məlum deyil.
Sinqapur Universiteti tədqiqatçıları, at nalı yarasalarındakı virusu RacCS203 adlandırdıqlarını və SARS-CoV-2-nin genetik koduna 91,5 faiz bənzədiklərini söyləyiblər. Alimlər bunun Çinin cənub-qərbindəki Yunnan əyalətindəki yarasalarda tapılan və yeni koronavirus növünün genomuna 93,6 faiz bənzədiyi RmYN02 virusu ilə yaxından əlaqəli olduğunu iddia ediblər.