Koronavirus qaradərili insanları daha çox öldürür -  ARAŞDIRMA
27 yanvar 2021 19:55 (UTC +04:00)

Koronavirus qaradərili insanları daha çox öldürür - ARAŞDIRMA


Londondakı kraliça Mariya Universitetinin və İngiltərənin Milli Səhiyyə Xidmətinin ən böyük fondlarından biri olan Barts Health-in mütəxəssisləri bir araşdırma aparıblar və fərqli etnik qruplardan olan xəstələrdə COVID-19 gedişində qəribə fərqlər tapıblar.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, alimlər təsdiqlənmiş koronavirus infeksiyası olan 16 yaşdan yuxarı 1.737 xəstənin məlumatlarını analiz ediblər - hamısı 1 yanvar-13 may 2020-ci il tarixlərində Barts Health Fondunun xəstəxanalarından birində müalicə edilib.

Xəstələrin 538 nəfəri (31 faiz) Asiyadan, 340-ü (20 faiz) qaradərili, a 707 nəfər (40 faiz) ağdərili olub.

511 nəfər - ümumilikdə 29 faiz - müalicənin 30-cu gününə qədər ölüb. Etnik azlıqlardan olan xəstələrin daha gənc olduğu qeyd edilir.

Asiyadan olanların reanimasiya şöbəsinə yerləşdirilməsi və mexaniki ventilyasiya aparatına qoşulması ağdərili xəstələrə nisbətən 1,54 dəfə, qaradərili xəstələrdə isə 1,8 dəfə çox olub.

Tədqiqat, həmçinin Asiya mənşəli insanların ölmə ehtimalının ağlardan 1.49 dəfə, qaralardan 1.3 dəfə daha çox olduğunu aşkar edib.

Üstəlik, asiyalı və qaradərili xəstələrin süni ağciyər ventilyasiya aparatına qoşulması və reanimasiya şöbələrinə yerləşdirilməsi riski eyni yaşdakı ağdərili xəstələrə nisbətən 50-80 faiz daha yüksək olub.

Kraliça Mariya universitetinin müəllimi və Barts Health fondunun mütəxəssisi həkim Yize Vanın dediyinə görə, tədqiqat COVID-19-un qaradərililərə və Asiya mənşəli insanlara atipik təsirini aşkar edib.

“COVID-19 ilə Barts Health xəstəxanalarında yatan qaradərililər və asiyalılar, eyni yaşda və sağlamlıq vəziyyəti ağdərililərlə müqayisədə əhəmiyyətli dərəcədə gənc, daha ağır xəstələr idi və ölüm nisbəti daha yüksək idi”, - Van qeyd edib.

Alimlər işin bir hissəsi olaraq çox sayda xəstənin məlumatlarını araşdırdıqlarını, ancaq etnik mənsubiyyətə görə daha detallı bir bölgü edə bilmədiklərini açıqlayıblar.
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2718
avatar

Oxşar yazılar