Kişilərin bu temperaturda  ölüm riski   daha çoxdur
11 dekabr 2023 19:04 (UTC +04:00)

Kişilərin bu temperaturda ölüm riski daha çoxdur

Həkimlər kişilərin 37 dərəcə temperaturda ölmək riskinin daha çox olmasının səbəbini açıqlayıblar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, kişilər testosteron səbəbiylə soyuqdəyməyə daha çox dözümlü olurlar.

Testosteron insan immun sisteminə depressiv təsir göstərir. Həddindən artıq testosteron kişini soyuqdəymə də daxil olmaqla infeksiyalara qarşı daha həssas edir.

Eyni səbəbdən, kişilər qızdırma, qızılca, məxmərək, hepatit və digər xəstəliklərə qarşı peyvəndlərə daha az dözümlü olur. Bununla belə, testosteron otoimmün xəstəliklərdən qorunmağa kömək edir. Bunlardan ən çox rast gəlinənləri revmatoid artrit, psoriaz və diabetdir.
 

# 2538
avatar

Arzu Qurbanlı

Oxşar yazılar