Yer üzündə yaşayan insanların hansının yüz illiyini qeyd etmə şansı olduğu məlum olub.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, insan ömrünün müddəti məsələsini araşdıran elm adamları uzun ömürün bir sıra amillərdən, əsasən hər insanın genetik meylindən asılı olduğunu aşkar ediblər.
Boston Universitetinin əməkdaşları 80 faiz dəqiqliklə uzunömürlü olma şansını təyin etməyə imkan verən bir genetik analiz hazırlayıblar.
Mütəxəssislər, 1000-dən çox uzun ömürlünün genomlarını 1200 adi insanın nümunələri ilə uyğunlaşdırmalı olublar.
Bu zaman 33.000 gen varyasyonunu təcrid etmək mümkün olub.
Bunlardan ən çox uzun ömür yaşayan insanlarda rast gəlinən 33-ü müəyyən edilib.
Növbəti mərhələdə kompüter modelləşdirməsindən istifadə edərək mütəxəssislər ən geniş yayılmış 150 genetik dəyişikliyi təyin ediblər.
Onların "ömür uzunluğuna məcmu təsir" göstərdiyinə inanılır.
Nəticədə mütəxəssislər bu gen dəyişikliyi dəstinin 108 yaşına qədər yaşamış insanlara sahib olduğunu bildirib.
77 faiz dəqiqliklə əldə edilən məlumatlar yüzüncü ilini qeyd edəcək insanların kimliyini verib.
Tədqiqat üçün materialın Avropa əhali qrupundan götürüldüyü məlumdur. Gələcəkdə etnik qrupların üzvlərinin sayı xeyli genişlənəcəkdir.