İsti hava   qocalmanı  SÜRƏTLƏNDİRİR
05 mart 2025 11:18 (UTC +04:00)

İsti hava qocalmanı SÜRƏTLƏNDİRİR

Yeni tədqiqat isti iqlimlərdə yaşayan insanların orta hesabla 14 ay daha sürətli qocaldığını göstərib. Kaliforniya Universitetinin alimləri yüksək temperaturun uzunmüddətli təsirinin bioloji yaşlanmanı sürətləndirdiyini müəyyən ediblər.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, araşdırma zamanı "Sağlamlıq və Təqaüd Araşdırması" (HRS) proqramı çərçivəsində 3600-dən çox insanın məlumatları təhlil edilib. Bioloji yaş iştirakçıların DNT-dəki epigenetik dəyişikliklər əsasında hesablanıb. Fenix (Arizona) kimi ekstremal isti iqlimlərdə yaşayan insanlar sürətli hüceyrə dəyişiklikləri yaşayır. Bu dəyişikliklər erkən yaşlanmaya və müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər.

Niyə isti hava qocalmanı sürətləndirir?

İstilik və rütubət birləşərək orqanizmə ciddi təsir göstərir. Xüsusilə yaşlı insanlarda bədən istiliyini tənzimləmə qabiliyyəti zəiflədiyinə görə daha ciddi nəticələr yaranır. Bəzi təsirlər geridönməzdir və hətta daha sərin mühitə keçdikdə belə davam edir.

İstilərin təsirini azaltmaq üçün nə etmək olar?

Ekspertlər isti havanın təsirlərini yüngülləşdirmək üçün aşağıdakı strategiyaları təklif edirlər:

Şəhərlərdə yaşıllıq ərazilərin artırılması 

Soyutma sistemlərinin təkmilləşdirilməsi 

Xüsusilə risk qrupunda olan insanlar üçün əlavə qoruma tədbirləri görülməsi 

Alimlər xəbərdarlıq edirlər ki, qlobal istiləşmə ilə əlaqədar erkən yaşlanma riski daha da arta bilər. Buna görə də isti iqlimlərdə yaşayan insanların sağlamlığını qorumaq üçün kompleks yanaşmalar vacibdir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 588

Oxşar yazılar